Beyləqanda prokurorluq “avtoş”ları himayəsinə aldı: xalq etiraza qalxdı
Bolge
Oxunub: 1 092
4 avq 2015 | 11:53
Beyləqanda prokurorluq “avtoş”ları himayəsinə aldı: xalq etiraza qalxdı













Azərbaycan cəmiyyəti bəzi vətəndaşların «avtoş»luq etməsi ilə bağlı xəbərləri indi-indi əldə etsə də, əslində onlar çoxdan bu işlə məşğul olur. Əvvəllər belə insanlar hətta «avtoş» videolarını fəxrlə sosial şəbəkələrdə yayardılar. Bunlar maşınla hoqqabazlıq etməyi özləri üçün prestij sayırlar. Ən dəhşətlisi isə odur ki, prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra da həmin avtoxuliqanlar öz çirkin vərdişlərindən əl çəkmirlər, onlar yol hərəkəti qaydalarına riayət etmək əvəzinə, onu pozmağı qəhrəmanlıq sayırlar

Əslində, inanmaq olmaz ki, hər hansı bir valideyn öz övladına «avtoş»luq etməyi tövsiyyə etsin. Amma fakt faktlığında qalır və “beyni qanla dolu” gənclərin “avtoş”luğu haqda cumhuriyyet.az-a Beyləqandan xəbər daxil olub. Beyləqan rayon sakininin redaksiyamıza bildirdiyinə görə iyulun 29-da gecə saatlarında rayonun baş yolunda 4 nəfər şəxs (onların adları da bizə bəllidir və növbəti yazımızda bunu qeyd edəcəyik) avtomobilləri ilə rayon mərkəzində “təkər oynadıblar”. redaksiyamıza daxil olan məlumata görə rayonun DYP əməkdaşları bi avtomobili saxlayıb. Amma bu zaman sürücü və onun yanında olan 3 nəfər polisə müqavimət göstərib, onlarla əlbəyaxa davaya çıxıb. Beyləqandan cumhuriyyet.az-a verilən məlumata görə avtoxuliqanlar DYP əməkdaşlarına fiziki xəsarət yetirmiş, onları təhqir etmişdir. Sonda avtoxuliqanlarram edilmiş və hadisə protokolaşdırılaraq prokurorluğa təhvil verilmişdir.
Baş vermiş hadisə ilə bağlı ən ilginc məqamlar avtoxuliqanların işinin araşdırılması prokurorluğa təhvil verildikdən sonra baş vermişdir. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə işi icraata götürmüş müstəttiq Qibləli Kərimov və Azər adlı prokuror DYP əməkdaşlarına vəzifə başında müqavimət göstərmiş, onları təhqir etmiş şəxslərlə “anlaşma” əldə edə bilib. Bunun nəticəsində isə gecə saatlarında Beyləqanda ictimai asayişi pozanlar azadlğa çıxıblar. Yeri gəlmişkən adı çəkilən prokurorluq əməkdaşları ilə avtoxuliqanlar arasındakı anlaşmanın detalları, qarşılıqlı şəkildə təmin olunan maraqlar haqda da redaksiyamıza məlumatlar daxil olub və bu haqda növbəti yazılarımızda bəhs edəcəyik. Amma hazırda rayon sakinləri baş verənlərdən ciddi narahatçılıq keçirirlər. Qanunu pozanların, qanun keşikçilərinə güc tətbiq edənlərin azadlıqda gəzməsi böyük etirazlara səbəb olub…
Mövzunu davam etdirəcəyik…
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb