Keçmiş başçının zülmü hələ də davam edir... - VİDEOGİLEY
Bolge / Video
Oxunub: 842
12 noy 2019 | 20:18
Keçmiş başçının zülmü hələ də davam edir... - VİDEOGİLEY

Azərbaycanda sahibkarların hüquqları birmənalı olaraq məmurlar tərəfindən pozulur. Məhkəmə-hüquq, vergi sistemində islahatlar aparıldığı bəyan olunsa da, ayrı-ayrı iş adamlarının üzərində “Domokl qılıncı” olan vəzifəlilər qanunları tapdalamaqda davam edirlər.

Onlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr müavini işləyən, əvvəllər Şirvan şəhər icra başçısı olmuş Sədaqət Qəhrəmanovadır. Keçmiş başçının qurbanına çevrilən iş adamı Ziya Əliyev bu günə qədər haqqını tələb etsə də, məmur gücü qanundan üstün gəlir.

Əvvəlcə qısa arayış verək ki, onların münaqişəsi əmlak üstündə başlayıb. Komitə rəsmisi isə məsuliyyəti üzərindən atır.

Deməli, Sədaqət Qəhrəmanova “Bərəkətli” MMC açıb. Sonra BMT İnkişaf Fondundan pulalıb.Fondun qrantı hesabına avadanlıqlargətirib.

Amma həmin yer Ziya Əliyevindir. O gündən etibarən istifadə edərək həminyeri saxta sənədlərlə arxiv idarəsində qeydiyyatdan keçirib.

“Bərəkət” MMC fəaliyyət göstərməsədə, Z.Əliyevə S.Qəhrəmanovanın məhkəmələrə təsiri nəticəsində 12 min manat cərimə ödədiblər.

Sonra yenidən 17 min 300 və 49 000 manat tələb edirlər.Hətta Şirvan ŞəhərMəhkəməsi sahibkarı həbsedib, apelyasiyada isə qərar dəyişib.

Bütün bu sıxıntılar, təzyiqlər, məmur özbaşınalığı iş adamının fəaliyyətini zəiflədib. Prezident həmişə məmurlara xəbərdarlıq edirki, sahibkarlığın inkişafına mane olmasınlar.Ancaq başına gətirilən müsibətlərdən sonra Şirvanda yaşayan iş adamı Ziya Əliyevdir.

Onun sözlərinə görə, etdiyi müraciətlər, hüquqları uğrundan təşkil olunan aksiyalar belə müvafiq qurumların “tükünütərpətməyib”.

Bu barədə Reportyor.info-ya danışan sahibkar ölkə aparılan islahatların, prezidentin həyata keçirdiyi dəyişikliklərin fonunda üzləşdiyi problemlərin həllinə baxıla biləcəyinə ümid edir.

O, Prezident Administrasiyasına yeni rəhbər təyin olunan Samir Nuriyevə müraciətində S.Qəhrəmanovanınvə qohumlarınınonun başına açdığı oyunlardan xilas etməyə çağırıb.

Z.Əliyev qeyd edib ki, bir müddət əvvəl həmyerliləri məmur özbaşınalığına etiraz olaraq aksiyalar keçirdi, özü və yaxınları çoxsaylı müracətlər etdi, lakin nəticəsi olmadı.

“Şirvan məhkəməsi barəmdə həbs qərarı vermişdi. Apelyasiya qərarı ləğv etdi. Ancaq Ali Məhkəmə işi təzədən apelyasiyaya qaytardı. Yəni, həbs təhlükəm sovuşmayıb. İndi siz deyin, bu halda bir sahibkar necə fəaliyyət göstərsin, hansı şərtlər altında işləsin və onlarla işçiyə əmək haqqı versin?

Axı prezident tapşırır ki, sahibkarlar dəstək verin, onlar iş yerləri açsınlar. Bu tərəfdən isə məmurlar bizə nəfəs almağa imkan vermirlər.

Məhkəmə tələb edir ki, Sədaqət Qəhrəmanovanın qohumlarının pulunu qaytarmalısan. Onlar saxta sənədlər əsasında əmlakımı əlimdən alıblar, məhkəmələrə də təsir edirlər.

Bir sözlə, həmin hadisələrdən bu vaxta qədər heç nə həllini tapmayıb, işləyə bilmirik. İcra Şöbəsinin rəisi Yasin Ədilov bu oyunları başıma açdı, sonra islahat adı ilə Hacıqabula rəis getdi, indi bu problemlərin ortasında qalmışam”, – deyə sahibkar Z.Əliyev vurğulayıb.

Onun dediyinə görə, 10 ildir ki ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşə bilmir:

“Nazir bildirir ki, islahatlar aparılır, qanunsuzluq edən hakimlər işdən azad olunur. Bəs bu hakim mənə bir sahibkar olaraq ziyan vurub, onu kim aradan qaldıracaq?

Prezident Administrasiyasına saysız-hesabsız teleqramlar vurmuşam. Teleqram pullarını bir yerə yığsam varlı olardım. Heç bir faydası olmadı, hamı bir-birinin üstünə atır. PA-da kurator deyir ki, məhkəməyə qarışmıram. Bəs bu kurator bir zəng edib demir ki, ay Sədaqət, əl çəkin o adamdan, qoy gedib işləsin”.

İş adamı yeni PA rəhbəri Samir Nuriyevə ümid bəsləyir: “Ramiz Mehdiyevə müraciətlərimə cavab verilmədi. Məni qəbul etmədilər. Ombudsman deyir ki, ölkədəki ermənilərlə maraqlanırıq. Bəs, bizimlə kim maraqlanacaq? 10 ildir ki, Ombudsmanlıqdan şablon məktublar alıram.

Elmira Süleymanova yaşlı adamdır, çıxsın, yerinə biri gəlsin,təzəsi bəlkə məni çağırar. Çağırıb bir soruşsun ki, bu adam niyə özünü öldürür, bəlkə bu yetim danışır, bir dinləyək görək də…”

Ziya Əliyevin sözlərinə görə, fəaliyyətinə imkan verilsəydi sahibkar kmi yüzlərlə işçisi olardı, prezidentin tapşırığından irəli gələrək iş yerlərinin açılması istiqamətində töhfə vermiş olardı.

“Mən milyonçu olmaq üçün çalışmamışam. Hörmətli Samir Nuriyev məni qəbul etsin, dərdimi deyim.Görsün ki, cavan sahibkarları əzirlər.

Camat yığışıb mənə görə piket elədi, soruşan olmadı ki, bu aksiyanı niyə keçirirsiniz. Bilmirəm səbəb nədir, görünür, Sədaqət Qəhrəmanovadan çəkinirlər, çünki köhnələrdəndi.

Mənə əsassız yerə cinayət işi açılıb, qoluma qandal vurulub, 49 900 manat bir, 17 min bir, 12 min bir cərimə tələb edirlər. Yeganə ümidim prezidentə və onun yeni təyin etdiyi aparat rəhbəri Samir müəllimə qalıb…”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?