"Gündəlik xərcləri ödəyə bilmirəm..." - GİLEY
Bolge
Oxunub: 759
23 noy 2019 | 21:50
"Gündəlik xərcləri ödəyə bilmirəm..." - GİLEY


Şirvan sakini Ziya Hüseynov psixoloji problemi olan bacısına pensiya kəsilməməsindən şikayətçidir. Deyir, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimləri də 32 yaşlı bacısı Zəhra Hüseynovanın halından xəbərdardır. Hətta hər ay ona lazım olan sakitləşdirici dərmanları da pulsuz göndərirlər. Diaqnozu, vəziyyəti bəlli, ancaq pensiya kəsilmir. “Baxıma ehtiyacı var. Anam, həyat yoldaşım və digər bacımın köməyilə yaşayır. 15 ildir ağır xəstədir. Ancaq pensiya almır”.

DİA.AZ-ın məlumatna görə, Ziya Hüseynov deyir ki, ailəsi 7 nəfərdən ibarətdir. İçlərində bir nəfər anası pensiya alır, bir də özü fəhləlik edir. Qalan bir yerdən evə qəpik də girmir: “Mənim fəhlə maaşım heç 300 manata çatmır. Anamın da pensiyası 200 manat etmir. Deyək, aylıq gəlirimiz lap 500 manat etdi. Bununla 5 böyük, 2 uşaq necə yaşasın? Üstəlik, böyüklərdən biri yaşlı, digəri xəstədirsə. İnanın, çatdıra bilmirəm”.

Ziya Hüseynov deyir ki, bacısının durumu ortadadır. Onun pensiyaya çıxması üçün göstəriş verilməlidir. Ancaq bunun üçün deyirlər ki, gərək ya Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində, ya da Salyanda olan ruhi-əsəb dispanserində azı 6 ay yatmalıdır. Ailəsi Zəhranın dispanserdə qalmasını istəmir: “Çünki keçən dəfə Salyandakı dispanserə apardıq. Bir həftə sonra yanına gedəndə gördük ki, üzü-gözü yaman gündədir. Döyüb, incidiblər. Adı gələndə özü də əsəbiləşir. Biz onun sakitləşməsini, sağalmasını istəyirik, daha da pis vəziyyətə qalmasını yox. Bunu xəstəxananın baş psixiatrı Kamil Mirzəyevə izah edə bilmirik. Dirənib ki, yatmalıdır, başqa çarəsi yoxdur”.

Qardaşı deyir ki, Zəhra əvvəl normal olub. Heç bir problemi olmayıb. Universitetdən kəsiləndən sonra bir az ruh düşkünlüyü yaşayıb. Həmin ərəfədə yolu keçəndə az qalıb onu maşın vursun. Qorxu və stresdən sonra halı daha da pisləşib: “32 yaşı var. Cavan qızdı. 15 ildir xəstədir və Şirvan Şəhər Xəstəxanasında qeydiyyatdadır. Hətta hər ay sakitləşdirici dərmanlarını da xəstəxana pulsuz verir. Yəni onun vəziyyətindən xəbərdardırlar. Ancaq söhbət pensiyadan düşəndə, kömək etmirlər. Mənə də çətindir. Öhdəliyimdə 7 nəfərlik ailəm var. Gündəlik xərcləri ödəyə bilmirəm”.

7 nəfərlik Hüseynovlar ailəsi bir evin içində yaşayırlar. Ziya Hüseynovun sözlərinə görə, şəraitləri çox ağırdır. Böyük bacısı həyat yoldaşından ayrılıb, o da bir uşaqlar ata evinə dönüb. Ziyanın 3 nəfərlik ailəsi, anası və Zəhra ilə birgə 7 nəfər olurlar: “Dolanmaq çətindir. Barı pensiya kəssələr Zəhranın xərcləri ödənər. Mənə də yüngül olar. Amma buna görə mən bacımı aparıb həmin dispanserlərə qoymaq istəmirəm. Problemi var, bəli, xəstədir. Ancaq bu, o demək deyil ki, biz onu sevmirik, gözdən çıxarmışıq. Nə özü, nə də biz razıyıq onun dispanserə getməsinə ”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO