Əhəd Abıyevi bitirən meşə görüşü, Elza və prezidentin çıxışı - Səbəblər...
Bolge
Oxunub: 723
27 noy 2019 | 22:42
Əhəd Abıyevi bitirən meşə görüşü, Elza və prezidentin çıxışı - Səbəblər...


Neçə gündür ki, Daşkəsənin icra başçısı Əhəd Abıyevin meşədə sakinlərlə səyyar görüş keçirməsi müzakirə olunur.

Sosial şəbəkədə onun bu addımı gülüşlə qarşılanır. Yazırlar ki, icra başçısı vətəndaşların problemlərini dinləmək üçün bir kabinet də tapmayıb.

Cahan.info mətbuatda yayılan xəbərlərə istinadən məlumat verir ki, sosial şəbəkədə icra başçısının meşədə görüş keçirməsini sakinlərə olan aşağılayıcı münasibəti kimi dəyərləndiriblər.

Sosial şəbəkələrdə belə xəbərlər gəzir ki, yaxın vaxtlarda Daşkəsən RİH-də dəyişiklik olacaq. Ə.Abıyevin fəaliyyəti artıq prezidentin yeni idarəçilik modelinə uyğun gəlmir.

Dövlət başçısı sonuncu müşavirəsində iqtidar daxilində islahatlara qarşı çıxan qüvvələrin olduğuna, bir-birinin əleyhinə mətbuatda kampaniya apardılarına işarə vurmuşdu.

Təsadüfi deyil ki, vaxtilə Ə.Abıyevlə Əmlak Komitəsinin sədri Kərəm Həsənov filiz kombinatı uğrunda didişirdilər. Bu gün də mübarizə davam edir.

Prezidentin çıxışından gəlinən qənaət budur ki, ölkə başçısı belə məsələlərdən bezib, məmurların qruplaşmasından cana doyub.

Üstəlik, prezident qeyd etdi ki, gənc kadrlar daha da irəli çəkiləcək. Ona görə Daşkəsənə cavan icra başçısı təyin olunacağı istisna edilmir.

Saytlar xəbər verir ki, ötən ay isə Ə.Abıyevin müğənni Elza Seyidcahanla qalmaqalı yuxarı dairələrin xoşuna gəlməyib. Bir dövlət məmuru şou-biznes adamı ilə ağızlaşırsa, onunla yolları ayırmaq lazımdır.

Beləliklə, meşədə səyyar görüş təşkili, Elza ilə rüsvayçı skandal və prezidentin müşavirədəki mesajları Ə.Abıyevin əleyhinə işləməkdədir.

Media yazır ki, Daşkəsən camaatı Ə.Abıyevdən razı deyil. İllərdir ki, yeni rəhbər təyin olunacağı gözlənilir.

O, ucqar dağ bölgəsində oturub, mərkəzdən bir çox məsələləri gizlədərək istədiklərini reallaşdıra bilir.

Elə aprel qazisi Arzu Məmmədovla bağlı məsələsi də bariz nümunəydi. Ə.Abıyev də bir neçə dəfə başqa rayona təyinat almaq üçün çırmanıb. Ancaq istəyinə nail ola bilməyib.

Saytlarda getmiş yazılarda fermerlər tərəfindən edilmiş müraciətdə deyilirdi ki, Daşkəsəndəki yaylaqlara qoyun-quzularımızı aparmaq üçün hər il müsibətlərə düçar oluruq.

İcra başçısı Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu var. “Xanlar” rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır.

Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda Əhəd Abıyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.

Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar. Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır.

Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.

Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE