Qəbələnin bu kəndini hər kəs unudub... - GİLEY
Bolge
Oxunub: 666
29 noy 2019 | 18:40
Qəbələnin bu kəndini hər kəs unudub... - GİLEY


Artıq bir neçə ildir ki, Azərbaycanın əksər kəndlərinə yollar çəkilir, işıq, qaz və telefon xətləri yenilənir. Bir müddət əvvəl Qəbələdə yeni istifadəyə verilmiş kənd yollarını da buna misal gətirmək olar. Amma bununla yanaşı, rayonun elə kəndləri də var ki, oraya gedəndə istər-istəməz 90-cı illəri xatırlamalı olursan.

Sputnik Azərbaycan xəbər verir ki, darmadağın olmuş kənd yolları, hasarlardan sallanan telefon xətləri, aşmağa fürsət gözləyən işıq dirəkləri və ağacların üzəri ilə aparılmış qaz xətlərini gördükdə insan sözün əsl mənasında heyrətə gəlir. Hazırda söhbət etdiyimiz məkan Qəbələnin Aydınqışlaq kəndidir.

Bu kəndin iki minə yaxın sakini və yeddi yüzə yaxın təsərrüfatı mövcuddur. Kənd insanları keçimlərini əsasən heyvandarlıq və qərzəkli meyvələrin yığılması ilə təmin etməkdədirlər.

Kənd sakini Rəcəb Yusibov durumlarını anladır: "Vəziyyət acınacaqlıdır. Yağış yağanda, ümumiyyətlə qış aylarında yollardan istifadə mümkün deyil. Boğaza qədər palçığa batırsan".


Təkcə yollarına yağış yağıb korlasa, dərd yarıdır: Aydınqışlaqda göydən damcı düşəndə evləri ancaq ildırımların işığı aydınladır.

Kənd ağsaqqalı Kərim Alxasov olanları belə izah edir: "Bir balaca külək əssə və ya yağıntı olsa, kənddən çıxmaqdan başqa çarəmiz yoxdur. Gün ərzində dəfələrlə işıqlar sönür-yanır. Evlərdə bir salamat elektrik avadanlığı qalmayıb. Bunlar bir yana, əsəblərimiz də tar-mar olub. Dəfələrlə işıq idarəsinə müraciət eləmişik, amma hələ də problem həllini tapmayıb".

Kəndin digər sakini Yaşar Göycəyev kəndin problemlərini həll etmək üçün hər şeyi sıfırdan təmir etməyin vacibliyini vurğulayır: "İşıq dirəkləri yenisi ilə əvəz olunmalı, transformatorlar bərpa olunmalı və digər kommunal xidmətlər yenidən qurulmalıdır. Sakinlərin eləsi var ki, öz həyətlərində belə qorxu ilə gəzirlər, çünki elektrik dirəyi, yaxud transformator aşa, işıq xətti qəfil qırılıb düşə bilər".

Aydınqışlağın telefon xətləri bir ayrı "dastan"dır. Bir telefon xəttinin təmiri və kabelin havayla aparılması üçün ancaq kənd sakinləri özləri səy göstərməsələr, nə axtaran var, nə də soruşan. Telefon xətləri ya ağacların arasındadır, görünmür, ya da yerlərə sərilib, qaldırılıb dirəklərə bağlanacağı günü gözləyir.


Qəbələnin Aydınqışlaq kənd sakinlərinin müraciəti ilə bağlı Qəbələ Regional Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Regional şəbəkənin istismar üzrə rəis müavini Nüsrət Əmikişiyev bildirdi ki, yaranmış problemdən xəbərləri var. Amma o, problemin yaranmasında kənd sakinlərinin də günahkar olduğunu iddia etdi. Onun sözlərinə görə, işıq dirəkləri kiminsə bağına, kiminsə mağazasının yanına düşdüyü üçün sakinlərdən bəziləri narazılıq edərək, dirəklərinin basdırılmasına müəyyən problemlər yaradırlar. Eyni zamanda o, bu məsələnin yaxın zamanda həll olunacağını bildirdi.

Rəis müavini yaxın zamanlarda hər bir rayona, cümlədən Qəbələyə 25 transformatorun veriləcəyini bildirdi. Bundan sonra dəyişidirilməsi zəruri olan transformatorlar yenisi ilə əvəz olunacaq. İşıq dirəklərinə gəldikdə, onlar ilin sonu və gələn ilin əvvəlinə qədər yenisi ilə əvəz olunacaq.

Kənd sakinlərinin telefon xətləri ilə yaranmış problemləri ilə bağlı Qəbələ Telekommunikasiya Qovşağının direktoru Etibar İsayevlə əlaqə saxladıq. O, kənddə telefon xətlərinin problemli olması ilə bağlı heç bir məlumatın daxil olmadığını, olacaq təqdirdə istənilən zaman müdaxilə edilərək təmir və ya bərpa işlərinə hazır olduqlarını bildirdi. E.İsayev onu da qeyd etdi ki, yaranmış anlaşılmazlıqla əlaqədar kəndə mütəxəssis ezam olunacaq və araşdırma aparılacaq.

Qəbələ Rayon Qaz İstismar İdarəsinin rəsmisi isə qazla bağlı kənddə yeni layihə əsasında yenidən işlər görüləcəyini, lazımı ərazilərdə qaz xətlərinin yenisi ilə əvəz olunacağını bildirdi. İdarə rəsmisinin sözlərinə görə, bu problemlə bağlı Rayon İcra Hakimiyyətinə də məlumat verilib, birgə layihə hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.

Öz növbəsində kənd icra nümayəndəsi abadlıq işləri aparılacağını və gələn ilin sonuna kimi kənddə bütün yolların abadlaşdırılacağını bildirdi.

Beləliklə, əlaqədar qurumların hamısının nümayəndəsi Aydınqışlaq kəndinin sakinlərinin insan kimi yaşamaları üçün bütün işləri görəcəklərinə söz verdilər. Bizə isə gözləmək qalır.Qəbələnin bu kəndini hər kəs unudub... - GİLEYQəbələnin bu kəndini hər kəs unudub... - GİLEYQəbələnin bu kəndini hər kəs unudub... - GİLEY
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO