Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO
Bolge
Oxunub: 669
5 dek 2019 | 16:50
Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO


Nədənsə adından Sibir soyuğunu canıma ötürdüyüm Sabunçu həmişə mənim üçün ölüm düşərgəsindən başqa bir yer olmayıb. Gözdən – könüldən uzaq düşmüş bu yerləri “tanrının qəsdən unutduğu” mübarək bir parça məmləkət də adlandırmaq mümkün. Sabunçu ağır bir aha, bir kibrit çöpünə də alışmağa hər an hazır durub bəkləyən özü boydaca neft çəlləyidir.
Bir-iki il bundan əvvəl, qollarımı içirməyib məhəllədəki zibil tığını təmizləməyə başlayanda, Balaxanı Neftin külüng, paya, zopa sevər əməkdaşlarının dediyinə görə, bir vətəndaş olaraq, sən demə, mən səhv iş tutmuşam. Nəyə görə canlını zəlilliyə götürən bu siçovullu, ilan-çayanlı, mışovullu zibilliyi gözəlləşdirmişəm? İkincisi, bu ərazilər guya Neft Şirkətinin balansındaymış! (Qızın iki adaxlısı varmış) Qanuna görə, bu yerlərdə daşı daş üstə qoymaq cinayətdir! Mən də əməkdaşlara bildirməli olurdum ki, zibillik təmizləmək cinayətdirsə, bəs Sabunçu ərazisində minlərlə neft buruqlarını gecəylə yoxa çıxarmaq, yəni “axtalayıb burmaq”, sonra da yerində tikintilərə icazə vermək, 2-3 mərtəbələr ucaltmaq Azərbaycan Respublikasının hansı qanunuyla tənzimlənir? Təbii ki, cavab yoxdur! Yalnız bir cavab vardı: onu rəisdən soruşun! İndi elə burdanca o rəis kimdirsə, ondan soruşuram….
Sabunçu tərəflər mənim üçün ona görə ölüm məskənini, zülm düşərgəsini xatırladır ki, burda yaşayan insanların heç birinin fiziki cəhətdən sağlam olması mümkün deyil. Üstəlik, Sabunçudakı üfunət və xarabalıqların, kanalizasiyaların, mazut gölməçələrinin məharətindən uşaq ölümü respublikada kəllə-çarxa vurub çıxır! Gecələr Utariti, sabahlara yaxın Ülkər ulduzunu zillətində, zifriliyində boğan üstüaçıq mazut sellərinin məhəllələrin, küçələrin, evlərin arasıyla gurul-gurul axıb getməsindən bu qədər dövlət qurumlarının, idarələrinin heç biri illərdir narahatlıq keçirmir. Bu qədər vətən övladının can çəkişməsinə tüklərini tərpətmir, di gəl, “neft-neft”, deyib, “ərazi – ərazi” deyib, bar-bar bağırmaqdan qürur hissi keçirənlərimiz bəs deyincədir. Dünyada hansı nəsnə, məhşəri nəfəsində aparıb gətirən insandan qiymətli və əvəzsizdir, qafil!
Neft, torpaq insandan mahiyyətcə nə qədər qiymətli ola bilər ki! Bu gün üz tutduğunuz inkişaf edən Qərb dövlətlərinin ilk və son idealı insan, fərd, onun azadlığı və hüquqları deyilmi? Milləti, insanı, can potensialı olmayan hansı torpaqdan və yurddan danışmaq mümkün?! Yaxşı ki, bəzi nadürüstlərin şərin pərvazlanıb qanad çaldığı əllərinə “qanun” dedikləri düşüb. İstənilən qanunun vazkeçilməzliyi və prinsipi insana, onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir! Bu qədər bəsit! Yanlış məmurların davranışları fonunda insanı cinayətə sürükləyən qanunun mahiyyətini, şəxsən anlaya bilmirəm!
Hələ mən Sabunçu rayonun “Anaşkin” adlanan küçəsinin (məhəlləsinin) rəzalətindən danışmıram. Koroğlu körpüsünü keçib Hava limanı deyə yola düzəldiyində, yolun sağında yaşıllıqlar göz oxşayır deyilmi? Lütfən bu yolun sağ üzü, yəni o yaşıllıqların arxasına keçib bir oradakı yaşayışa, həyata, küçəyə, evlərin çölə açılan qabı-bacasına bir göz atın, baxın görün hansı rəzilliklə qarşılaşacaqsınız.

Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO


İlin-günün bu çağında paytaxtın göbəyində küçələrimizə verilən adlardan birinə baxın: ANAŞKİN. Bu yurdda hər evdə az qala şəhid xatirəsi olmamış deyil. Mən ailələr tanıyıram ki, övladının Qarabağda şəhid olmasına belə sənət düzəldə bilmir. Qarabağda erməni gülləsinə tuş gələn övladının hər hansı bir sənədini düzəltməkdə zülmlər çəkir. Onların adları kimin xoşuna gəlmir ki? Olmazdımı bu küçələrin adını o gənclərin adıyla bəzəyək? Görünür, millətini əsir-yesir etmiş bir imperiyanın uğrunda can vermiş kommunistin, Anaşkinin adı görünür, bu məmləkətdə çoxlarının könlünü – gözünü oxşayır.
Bu “Anaşkin” adlı məhəllə mərkəzi yola olduqca yaxındır. Yolun kənarı boyunca yaşıllaşdırılmış bir hasar arxada hansı vəhşətin olduğunu görməyə imkan vermir. Böyük elektrik xətləri yerlə gedir.

Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO


Məhəllənin uşaqları top dalınca qaçdıqları vaxt o xətlərin üstündən hər gün min dəfə ötüb keçirlər. Böyük qaz borularının yaxınlığındakı zibil qalaqları kiminsə bir atəşindən qopan çınqılla bütün şəhəri alt – üst edə bilər. 5 metr o üzdə SOCAR-ın benzin məntəqəsi də bu mənzərənin tam tərkib hissəsində yer alır desəm, dəhşətə gələrsiniz. Hər tərəfdən axıb gələn kanalizasiya, ya yeraltı sular illərdir, yaxında yaşayan evlərin zirzəmilərində çarhovuz yaradır.
Evlərin divarları o sulardan, zirzəmi gölməçələrindən qapqara rəngiylə adamın canına oxuyur. Kimə müraciət edirsən et, xeyri yoxdur, mütləq günahı bir başqa qurum və təşkilatda görürlər. Sonucda hər kəs bu ağır topu bir – birinin üzərinə atır. Olan da insanlarımıza olur.

Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO

Bir məsələni vurğulamaq istəyirəm: rahat və mədəni, səliqəli düzəndə yaşamaq hər bir Azərbaycan insanının haqqıdır. Digər tərəfdən dövlətimizin imkanları bu nizamın tərtiblənməsi üçün kifayət qədər imkanlara sahibdir. Təmiz, səliqəli, abadlaşdırılmış şəraitdə insanların yaşamasının həlli istiqamətində hörmətli dövlət başçısı dəfələrlə göstərişlər verir, çıxışlarında vurğulayır.

Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO


Beləliklə, gerçəkdən, Sabuçuda gördüklərimin, şahidi olduqlarımın çoxunu yazmıram. Hələlik bunların yetərli olduğunun qənaətindəyəm./Bakı Post/

Bakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTOBakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTOBakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTOBakının “göbəyində” ölüm saçan məhəllə – VİDEO+FOTO
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM