Niyazi Bayramov Fransa səfiri Zakari Qrosla görüşüb
Bolge
Oxunub: 524
6 dek 2019 | 15:14
Niyazi Bayramov Fransa səfiri Zakari Qrosla görüşüb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov rəsmi qonağı salamlayaraq Gəncənin tarixi, mədəni və sənaye potensialı haqqında məlumat verib. O bildirib ki, Gəncədə 3 universitet və 3 kollec var. Burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi isə davam etdirlir. Hazırda, ölkə Prezidenti tərəfindən təməlləri qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binası və İdman Sarayının tikintisi aparılır. Şəhər rəhbəri həmçinin, Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri seçildiyini bildirib. Bununla yanaşı o, Gəncənin bir sıra beynəlxalq festivallara ev sahibliyi etdiyini də qeyd edib.

Fransanın Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qros səmimi qarşılandığı üçün şəhər rəhbərinə öz minnətdarlığını bildirib. Səfir Azərbaycan ilə Fransa arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu dilə gətirib. O, Azərbaycanda fransız dili tədrisinin inkişafı üçün daha da artıq səy göstərəcəyini və bununla əlaqədar olaraq Gəncə Dövlət Universitetində bir sıra görüşlər keçirdiyini vurğulayıb. Həmçinin, universitetdə böyük fransız yazıçısı Aleksandr Düma adına mərkəzin açılışında iştirak etdiyi üçün qürur hissi duyduğunu qeyd edib.

Daha sonra səfir hər il Azərbaycanda Frankafoniya bayramının təşkil olunduğunu bildirib. Bayram çərçivəsində fransız dilində filmlərin nümayişi olacaq. Söhbət zamanı ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...