"Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki..." - GİLEY
Bolge
Oxunub: 456
12 dek 2019 | 23:49
"Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki..." - GİLEY


“İlin 9 ayı kəndimizdə sel, daşqın olur. Örüşümüz, əkin torpaqlarımız - hamısı çayın əks tərəfindədir. Çayın səviyyəsi qalxanda, daşqınlar olanda torpaqlarımıza tərəf keçə bilmirik, heyvanları örüşə apara bilmirik. Bu vəziyyət 5 ildən çoxdur ki, belə davam edir”. DİA.AZ-ın məlumatına görə, Lənkəranın Yuxarı Təngivan kənd sakinləri danışırlar ki, kəndi iki hissəyə bölən çayın üzərində körpünün olmaması işlərini çətinləşdirir. Çayda suyun səviyyəsi qalxanda kəndlilər çayın əks tərəfinə keçə bilmirlər. Halbuki, əsas təsərrüfatları elə çayın əks tərəfində yerləşir.

Sakinlərin deməsinə görə, əvvəllər çayın üzərində körpü varmış: “10 il əvvələdək dədə-babalarımızın düzəltdiyi bir körpü vardı, istifadə edirdik. O körpünü illərlə ən güclü sel-daşqınlar da dağıda bilmədi. Ancaq gətirib iki daş karxanası qurdular, çayın dibini o qədər qazdılar ki, körpü çökdü. Bizim şikayətlərimizdən sonra həmin karxana sahibləri bir dəmir körpü düzəltdilər, ancaq əvvəlki körpü kimi möhkəm olmadı, bir dəfə sel gəlməklə, körpünü yuyub apardı, yerində qalıqları qaldı. 5 ildən çoxdur ki, körpü yoxdur, hara müraciət ediriksə, heç kim vecinə almır. Bu boyda kəndin təsərrüfatı batıb gedir. İnsanlar çayın o tərəfinə keçib əkinlə, heyvandarlıqla məşğul ola bilmirlər”.

Təngivan sakinləri Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Onlar qurumun nəzərinə kənddə azı 300 nəfərin yaşadığını, adamların təsərrüfatla məşğul olmaq üçün çayın o tərəfinə keçə bilməmələrini çatdırıblar.

“Sonuncu dəfə 1 ay əvvəl müraciət etdik, bizə cavab məktubu gəldi, oxuyub karıxdıq. Məktubda yazılıb ki, köhnə körpü kənd sakinləri tərəfindən normalara uyğun inşa edilmədiyi üçün sel suları dağıdıb. Köhnə körpünün yerində əhalinin və nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə tam yararlı, müasir standartlara uyğun dəmir-beton körpü tikilib. Dediyimiz kimi, dədə-babadan qalan körpünü sel yox, işbazlar dağıdıblar. Təzə və möhkəm körpü deyəndə isə icra hakimiyyəti daş karxanası sahiblərinin quraşdırdığı dəmir körpünü nəzərdə tutur. Xəbərləri yoxdur ki, 5 ildir o korpü də yoxdur. Deyirik, 300-ə yaxın əhalisi olan kəndin ortasından keçən Lənkərançayın üstündən körpü salmaq lazımdır, deyirlər, körpünüz var. Hanı? Gəlsinlər, o körpünü əhaliyə göstərsinlər. Adamlar əziyyət çəkir, örüş çayın sağ sahilində, mal-qara sol sahilində, əkin sahələrimiz sağ sahilində, özümüz sol sahilində... Kənddə iş yeri yoxdur, insanlar əkinlə, heyvandarlıqla dolanır. Bir körpüyə görə hər şeydən məhrum olmuşuq, kənddə həyat dayanıb”, - sakinlər deyir.

“Bizə cavab yazıblar ki, kənd sakinlərinin vaxtilə tikdiyi körpü normalara cavab vermədiyi üçün dağılıb. Əvvəlcə icra hakimiyyətində əyləşənlərdən soruşmaq lazımdır ki, körpünü acından ölməmək üçün vurnuxan əhali tikməli idi, yoxsa dövlət? Vaxtilə əhali gözləyib, görüb dövlətdən hərəkət yoxdur, necə ki, məcbur qalıb, özü qollarını çırmalayıb, körpü tikib ki, çayın o tərəfinə keçib təsərrüfat işlərini görsün. Məmurlar imkan, şərait yaradıb, işbazlar çayın dibini qazıb, körpünü dağıdıblarsa, buna görə günahı dağılan körpüdə yox, özlərində görsünlər. İşbazlar çayın dibini 20 metr dərinliyində, 50 metr enində qazanda icra hakimiyyəti hara baxırdı? Bilmirdilər ki, bu dərinlikdə qazıntıya körpü davam gətirməz? İşbazlardan rüşvət alıb, çayın qazılmasına göz yummaqları bir kəndin 5 ildən çoxdur körpüsüz qalmasına səbəb olub, indi zəhmət çəksinlər, ya gəlib bizə dedikləri o təzə, müasir körpünün yerini göstərsinlər, ya da körpü tiksinlər”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!