Zərdabda sakinlər nədən narazıdır? - Müraciət...
Bolge
Oxunub: 622
23 dek 2019 | 23:17
Zərdabda sakinlər nədən narazıdır? - Müraciət...


“Zərdab rayonu Gödəkqobu kəndində bizə və ailə üzvlərimizə məxsus torpaq sahələri var. Başqa iş yerimiz yoxdur, əlacımız ancaq həmin torpaq sahələrini əkib – becərməkdir. Amma buna Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və idarənin işçisi Əlif Paşayev əngəl yaradıblar. Nəticədə əkinlərimiz susuzluqdan məhv olub. Çıxılmaz vəziyyətə düşmüşük”.

Bunu kəndin sakinlərindən Abdulhəmid Əhədov, Qarabağ əlili Mahir Seyidov və Ramil Zeynalov yazdıqları müraciətdə bildiriblər. Onlar media vasitəsi ilə üzləşdikləri problemin ictimailəşməsini, aidiyyatı dövlət qurumlarının məsələyə diqqət ayırmasını istəyirlər.

Şikayətdə qeyd edilir ki, Mircəlal Mirzəyev və onun işçisi – Gödəkqobu kənd üzrə su merabı Əlif Paşayevin suyu onlara baha qiymətə satırlar. Bu da sakinlərin maddi imkanları ilə üst-üstə düşmür.

“Yaranmış problemin həll edilməsi üçün Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olsaq da, heç bir tədbir görülməyib.

Həmçinin, üzləşdiyimiz qanunsuzluqlar barədə dəfələrlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciətlər etmişik, amma nəticəsi yoxdur. Çünki Mircəlal Mirzəyev talançılıqla əldə etdiyi vəsaitin bir hissəsini “yuxarı” ötürür deyə ona “gözün üstə qaşın var”, deyən yoxdur”.

Şikayətçilərdən Ramil Zeynalov əvvəllər Zərdab rayon Suvarma Sistemləri İdarəsində işlədiyini bildirib.O qeyd edib ki, rəhbərlik tərəfindən qanunsuz olaraq işdən çıxarılıb: “Mircəlal Mirzəyev idarəyə gələn dizel yanacağını mənimsəyir, yanacaq vuran aparatlar düzgün işləmir. Hər hektara su üçün vətəndaşlardan 2 manat 40 qəpik əvəzinə, 5 manat alınır. Texnikalar təmir olunmur, əməkdaşların maaşlarını kəsir, ilin sonunda avans pullarını mənimsəyirlər. Sarıqaya, Alıcanlı və Sovxoz kəndlərində su mühərrikləri üçün ayrılmış dizel yanacaqlarının yoxlanılmasına zərurət var. Çünki həmin mühərriklər işlədilmədiyi halda saxta sənədlərlə dizel yanacağı yazıb, pulunu mənimsəyiblər. Həmçinin, istifadə edilən elektirik enerjisini dəfələrlə artıq göstərib vəsaiti talayırlar. Fəhlələr üçün xüsusi geyimlər verilmir. Zərdab rayon ərazisində suvarma kanalları lildən, qamışdan, kol-kosdan təmizlənmir. Kanalların təmizlənməsi üçün saxta sənədlər tərtib edib dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyirlər. Texnikalar təmir olunmasa da təmir adı ilə vəsait yazıb mənimsəyirlər. Bütün bunlar bizim iştirakımızla, yerində obyektiv araşdırılmalıdır”.

Gödəkqobu kənd sakinləri bildirirlər ki, Mircəlal Mirzəyevin və Əlif Paşayevin qanunsuz əməllərindən cana doyub Azərbaycan Respublikasının vətəndaşlığından, onlara verilmiş pay torpaqlarından imtina etmək istəyirlər.

Şikayətçilər Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan xahiş edirlər ki, sadaladıqları problemlər araşdırılsın və qanunsuz əməllərə yol verən məmurlar cəzalandırılsın. //Azpolitika.info//
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb