Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...
Bolge
Oxunub: 626
26 dek 2019 | 18:19
Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...


Göyçay sakinləri şəhərin məkkəzində – Heydər Əliyev prospektində yerləşən Qantəmir adına 9 saylı tam orta məktəbin fotolarını çəkib göndəriblər. Onlar məktəbin vəziyyətindən şikayətçidilər.

Sakinlərin deməsinə görə, məktəb sovet vaxtı istifadəyə verilib. İllər ərzində ara-sıra xırda təmirlər aparılıb. Ancaq binada heç vaxt əsaslı təmir işləri görülməyib. Sakinlər danışır: “Sinif otaqları salyarkayla qızdırılır. Otaqlardan salyarka iyi gəlir. Uşaqlar o tüstünü saatlarla ciyərlərinə çəkirlər, bu, onların səhhətinə zərərdir. Valideynlər səslərini çıxaranda salyarkadan istifadəni dayandırırlar, onda da siniflər buz kimi olur, uşaqlar donurlar. Qalmışıq beləcə çıxılmaz durumda…”

Valideynlərin sözlərinə görə, binanın çöl tərəfdən dam örtüyü təmir olunsa da, içəri tərəfdən tavanı dağılıb hissə-hissə döşəməyə tökülür. Divarlar çat verib, döşəmələr adamın ayağının altından qaçır.

“Məktəbin dəhlizlərində siçovullar uşaqların ayağının altından qaçır. Nəmişlikdən, rütubətdən danışmağa dəymir, hər şey göz önündədir. Dərs ləvazimatları köhnədir, yararsızdır. Partalar, stullar, lövhələr sınıq-sınıqdır. Bir hökumət adamı qapıdan girib məktəbin vəziyyəti ilə maraqlanmır. Dəfələrlə rayon təhsil şöbəsinə müraciət etmişik ki, heç olmasa istilik məsələsini həll etsinlər. Deyirlər, Bakı məşğul olmalıdır”, – valideynlərdən biri bildirib.

Sakinlər deyir, 9 saylı məktəbdən başqa, Göyçayın mərkəzindəki mıəktəblərin demək olar ki, hamısı əsaslı təmir olunub. Ancaq nədənsə hökumət bu məktəbə diqqət göstərmir: “Bu məktəbin başı qalmaqallıdır. Yadınızdadırsa, 2 il əvvəl direktor da elə məktəbin qarşısında özünü doğradı. Rayonda söz-söhbət yayılmışdı ki, icra başçısı ondan pul tələb edir, o da pulu yığıb verə bilmir. Prokurorluq da işi sona qədər araşdırmadı, ört-basdır elədi, çünki ortada başçının adı hallanırdı. Bizdə də belə fikir yaranıb ki, şəhərin mərkəzindəki bütün məktəblər təmir olunub, bu məktəb qalıbsa, burda bir qərəz var, bu məktəbin təmirinə icra hakimiyyəti qəsdən əngəllər yaradır. Yoxsa, başqa hansı səbəbdən ola bilər ki, bütün məktəblər təmir olunsun, müasir standartlara cavab versin. Bircə 9 saylı məktəb tövlə vəziyyətində qalsın…”

Valideynlər deyir, illərdir ki, binanın pəncərələrindəki şüşələr də sınıq-sınıqdır. Havalar soyuyanda uşaqlar binanın dəhliz və siniflərində paltolarına bürünürlər.

DİA.AZ xatırladır ki, bu məktəbin direktoru Akif Qəribov 2 il əvvəl intihara cəhd etmişdi. Elə məktəbin qarşısında qol damarlarını kəsmişdi. Məktəb direktoruna vaxtında tibbi yardım göstərildiyi üçün həyatda qalıb və bir müddətdən sonra yenidən işinə davam edib.

Valideynlər deyir, illərdir ki, binanın pəncərələrindəki şüşələr də sınıq-sınıqdır.Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...Nazir öz övladlarını bu məktəbə göndərərmi? - Biabırçı mənzərə...
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq