Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı
Bolge
Oxunub: 1 185
17 avq 2015 | 08:49
Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı













Parlament seçkiləri ilə bağlı siyasi səhnədə ciddi aktivlik müşahidə olunmasa da pərdəarxasında gizli planlar qurulur

Bu proseslərdən biri haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Belə ki, söhbət Xaçmaz rayonu və seçkidən sonra bu rayonda baş tutacaq kadr dəyişikliyi ilə bağlıdır.
Xaçmazdakı mənbənin redaksiyamıza bildirdiyinə görə, Xudat şəhər icra nümayəndəsi Akif Mərdanov öz yaxın ətrafı arasında tezliklə rayon icra hakimiyyətinin başçısı olacağı haqda təbliğata başlayıb. Belə ki, A.Mərdanov özünə yaxın bildiyi şəxslər arasında parlament seçkilərindən sonra hazırki icra başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad olunacağını və onun bu posta təyin ediləcəyini bildirir. Bu haqda məlumatlı şəxsin bildirdiklərinə görə hazırki şəhər merinin icra başçısı olacağına dair əminliyi bir müddət öncə Xaçmazda baş tutmuş bir toplantı ilə bağlıdır: “Bir neçə gün öncə Xaçmaz şəhərində yerləşən məşhur “Çeşmə” restoranında rayonun və bölgənin bir neçə vəzifə sahibləri toplaşıb. Öncədən planlaşdırılan bu toplantıda 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat mandatı almış İlham Əliyev də iştirak edib. Burda deputat növbəti seçkilərdə də eyni dairədən namizədliyini verəcəyini və seçkidən sonra bu rayonun kurtatorluğunu da ələ keçirəcəyini bildirib. Toplantıda iştirak edənlər arasında seçkidən sonrakı kadr islahatları zamanı vəzifə bölgüsü aparılıb və bu bölgüdə A.Mərdanov Xəçmaz rayonunun gələcək icra başçısı kimi təqdim olunub. Maraqlıdır ki, bu tədbirə icra başçısı Ş.Xanbabayev qatılmayıb”.
Mənbəmiin sözlərinə görə A.Mərdanovun öz ətrafına verdiyi müjdə də bu toplantıdan qaynaqlanır. O hətta icra başçısı olacağına ən yüksək səviyyədə vəd verildiyini də bildirib. Nəzərə alsaq ki, İ.Əliyev sıradan bir deputat deyil və PA rəhbəri Ramiz Mehdiyevin yaxınıdır, onda Xudat merinin iddialarının hardan qaynaqlandığı bəlli olar. Onu da bildirək ki, bir müddət əvvəl Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin birinci müavini işləmiş Akif Mərdanov bir sıra səs-küylü məsələlərdən sonra öz vəzifəsindən azad olunub. Lakin çox keçmədən Xudat şəhər inzibati ərazisinin nümayəndəsi təyin olunan bu şəxsin vəzifəsindən çıxarılması və rayon icra başçısı barədə yayılan şaiyələrlə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bütün bunlar haqda isə növbəti yazımızda.
Bizi izləyin…
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...