“Yalnız yol kənarında yerləşən kəndlərin bəxti gətirib” - GİLEY
Bolge
Oxunub: 530
14 yan 2020 | 17:19
“Yalnız yol kənarında yerləşən kəndlərin bəxti gətirib” - GİLEY


Şabran rayonunun kəndlərində yaşayan sakinlər üçün rayon mərkəzinə getmək asan deyil. Buna səbəb kəndləri rayon mərkəzi ilə birləşdirən daxili marşrut avtobuslarının 25 ildən artıqdır ki, ləğv olunmasıdır. Mərkəzə yolu düşən kəndlilər ya taksidən istifadə etməli, ya da bir neçə kilometr yolu piyada getməlidirlər.

DİA.AZ-ın məlumatına görə, Şabran sakini Müqəddəs Məmmədov deyib ki, yalnız Bakı-Quba yolunun üzərində yerləşən kəndlərin əhalisinin bu baxımdan bəxti gətirib. Onlar Şabrandan Qubaya hərəkət edən marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan bir neçə kilometr aralıda yerləşən kəndlərin rayon mərkəzi ilə əlaqəsi isə ancaq fərdi avtomobili olanlar üçün mümkündür:

“Hansı kənd yolun üzərindədirsə, o kəndlərin sakinləri marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan aralıda yerləşən kəndlərdə vəziyyət acınacaqlıdır. Hələ bəzi kəndlər də var ki, yolun üzərində yerləşir, amma girişdən kənd mərkəzinə çatmaq üçün 10 kilometr məsafə qət etmək lazım gəlir. Buna görə də, Şabran sakinləri marşrut sarıdan çox əziyyət çəkirlər. Bunun yayda cəhənnəm kimi istisi, qışda soyuğu, dizə qədər palçığı var. Kimin maşını var, gedib problemini həll edir, tərəvəzini, meyvəsini aparıb satır, kimin yoxdur, qalıb zülümdə…”.

M.Məmmədov deyib ki, hələ dayanacağa gəlib çatmaq da problemin yarısı deyil. Çünki avtobusların dəqiq qrafiki yoxdur, nə vaxt keçib gedəcəklərini heç kim bilmir. Xüsusən də, günortadan sonra yola çıxanların avtobus tapmayıb geri qayıtması ehtimalı böyükdür.

Ən çətin vəziyyətdə olan kəndlərdən biri Xırdaoymaq kəndidir. Bu kəndin mərkəzini magistral yolla birləşdirən daxili yol 7 kilometrdir. Vacib işi, xəstəsi olan və ya alış-veriş məqsədilə rayon mərkəzinə üz tutan kəndlilər üçün bu məsafəni piyada dəf etmək qeyri-mümkündür:

“Xırdaoymaq kənd məktəbində müəllimə işləyirəm. Həftədə bir neçə dəfə rayon Təhsil Şöbəsinə hansısa sənədlərlə bağlı gəlməli oluram. Bu məsafəni piyada gəlmək üçün gərək alaqaranlıqdan yola çıxım. Bunun soyuğu, şaxtası var, piyada gedib-gəlsəm, günümün çox hissəsi yollarda keçər. Ona görə də, məcburam ki, taksi ilə gedim. Kəndimizdən rayon mərkəzinə taksi 15 manata aparır. Bəzən adam olmur, tək gedib-qayıtmaq lazım gəlir. Qayıtmağı da 15 manatdan hesablasaq, rayon mərkəzinə bir dəfə gəlib-qayıtmağım mənə 30 manata başa gəlir”, -bunu işdən çıxarılma ehtimalını nəzərə alaraq adının açıqlanmasını istəməyən kənd müəllimi deyir.

Rayonun Şahnəzərli, Ərəblər, Pirəmsən kəndlərində də vəziyyət ürəkaçan deyil. Sovet dövründə bu kəndlərə işləyən marşrut avtobusları ləğv olunduğundan sakinlər yalnız çox vacib olduqda rayon mərkəzinə gedirlər. Rayon mərkəzində işləyən kənd sakinləri isə işə çətinliklə gedib çıxsalar da, geri qayıtmağa avtobus tapa bilmirlər.

“Gündüz saatlarında Qubadan Şabrana, Bakıya gedən avtobuslara əyləşib işə gələ bilirik, saat 16:00-dan sonra Qubaya gedən avtobusların hamısı qeybə çəkilir. İşdən çıxıb evə qayıdana kimi zülm çəkirik. Əslində 16:20, 17:00 və 17:40-da avtobuslar Şabran avtovağzalından Qubaya yola düşməlidirlər. Lakin bu reyslərin üçü birləşdirilərək yalnız bir avtobus 17:40-da avtovağzaldan yola salınır. Həm də bu günün sonuncu avtobusudur. Üç avtobusun əvəzinə yola çıxan avtobusdakı vəziyyəti özünüz təsəvvür edin. Bu halda oturmaqdan danışmaq belə yersizdir, bir ayağımıza yer tapanda şükr edirik...”,- Məmmədov deyir.

Şikayətçi bildirir ki, indiyə qədər yalnız Pirəbədil və Zeyvə kəndinə marşrut xətti açılıb. Buna da səbəb kəndin ayaqla gediləcək məsafədə deyil, rayon mərkəzindən təxminən 25-30 km aralıda yerləşməsidir.
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür