“Dövlət tərəfindən bizə verilən mənzil bəzi məmurlar tərəfindən satılıb” - GİLEY
Bolge
Oxunub: 506
14 yan 2020 | 23:17
“Dövlət tərəfindən bizə verilən mənzil bəzi məmurlar tərəfindən satılıb” - GİLEY


“Dövlət tərəfindən bizə verilən mənzil bəzi məmurlar tərəfindən satılıb”. Bu sözləri məcburi köçkün Vüsal Zeynalov “Qafqazinfo”ya müraciətində deyib. Bildirib ki, 1983 – cü ildə Ağdam rayonunun Umudlu kəndində anadan olub:

“Artıq 25 ildən çoxdur ki, məcburi köçkünəm və hazırda ailəmlə birlikdə Tərtər rayonu Mamırlı kəndindən keçən yol kənarındakı şəraitsiz bir daxmada yaşayıram. Dövlətimiz tərəfindən bizə verilən mənzil Tərtər və Ağdam rayonu üzrə bəzi dövlət məmurları tərəfindən satılıb. Bizim bu şikayətimizə isə ərazi aidiyyati üzrə rayon Polis Şöbəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər və Ağdam rayon üzrə olan nümayəndəsi, Tərtər rayon Məhkəməsi və yaxud digər aidiyyati qurumların heç biri baxmır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Repatriasiya departamentinin direktoru Natiq Hüseynovun qəbulunda olmuşam. Yenə də bir dəyişiklik olmayıb.

84 yaşlı anam və 5 yaşlı balam belə bir soyuq havada yol kənarında yaşayır. Artıq onların gözünə baxmağa üzüm yoxdur”.

“Qafqazinfo” məsələylə bağlı Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, daha öncə vətəndaşa Ağdam rayonunda mənzil təklif olunsa da, o, bu təklifdən imtina edib:

“Ağdam rayonunun Umudlu kəndindən məcburi köçkün Zeynalov Vüsal Yahya oğlu, anası Zeynalova Maya Firidun qızı ilə birlikdə Tərtər rayon Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatdadır. Həmin ərazidə yol kənarında çiy kərpicdən tikilmiş evi olmağına baxmayaraq onun kommunal xidmətlərdən istifadə üzrə qeydiyyatı Bərdə rayonunun Uğurbəyli kəndindədir. Son 2 il müddətində vətəndaşın sayğacında enerji sərfiyyatı olmadığına görə ev paylanışı vaxtı köçürülmə komissiyası onların sənədlərini araşdırmaya göndərib. Ona görə də, həmin paylanış zamanı vətəndaş Zeynalov Vüsal Yəhya oğlunun sənədləri qaydasında olmadığı üçün həmin ailəyə mənzil verilməyib. Sənədlərinin qaydasında olmamasına baxmayaraq, anasının sağlamlıq problemlərini nəzərə alaraq Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komissiyası tərəfindən Ağdam rayonunda vətəndaşa mənzil təklif olunub, lakin o, bu təklifdən imtina edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq Tərtər rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildiyi zaman məcburi köçkün Vüsal Zeynalovun müraciətinə qanunauyğun formada baxılacaq”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO