Ceyhun Bayramov buralardan xəbərsizdir... - İDDİA
Bolge
Oxunub: 458
22 yan 2020 | 18:49
Ceyhun Bayramov buralardan xəbərsizdir... - İDDİA


Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun qızına elədiyi bahalı toy, oliqarxlara xas təşkil etdiyi məclis, tanınmış müğənnilərə fantastik məbləğ ödəyərək onların övladının şənliyinə çağırması sosial şəbəkələrdə hələ də müzakirə edilir.

Xüsusən də facebook-dak bərdəlilər, Bərdəyə aid səhifələr kollec direktorunun oliqarx-nazir kimi bir dəbdəbəli toy keçirməsindən yazırlar.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci nə supermarketdir, nə də bazardır, o halda direktor da aldığı maaşla qızına hamı kimi, yəni “yorğanını ayağına görə uzadıb” adi bir toy məclisi təşkil edə bilərdi.

Üstəlik, prezident də məmurlara, vəzifəlilərə bahalı toy, ad günü məclisləri təşkil etməməyi tövsiyə eləmişdi. Amma belə çıxır ki, X.Ələkbərov aldığı maaşla dolanmır, direktorun əlavə qazanc yerləri var, ona görə qızına bahalı bir toy edib.

Toyda baha qiymətə oxuyan Nüşabə Ələsgərli, Gülyaz və Gülyanaq Məmmədova bacıları, xanəndə Ehtiram və başqa məşhurlar iştirak ediblər.

Bir kollec direktorunun nə qədər pulu var ki, onlara ödəniş etməyə imkanı çatıb? Məntiqlə toy Bərdədə ortabab şadlıq saraylarının birində keçirilməli, yerli sənətçilərdən biri məclisi idarə etməliydi.

Amma X.Ələkbərov Bərdəni bəyənməyib, öz rayonunda toy etməyib, Bakıda bahalı şadlıq saraylarından birini bağladıb.

Belə xəbərlər yayılır ki, kollec direktorunun semestrlərdə qazandığı pullardan özünə qurduğu biznes işinə yarayıb.

Onun obyektləri olduğu iddia edilir. Lakin bu söhbətlər səngimək bilmir, sosial mediada müzakirə edilir, saytlarda dolaşır. Nədənsə, X.Ələkbərov iddialara münasibət bildirmir.

Onun kollec tələbələrini aylığa buraxması, semestr imtahanlarını rüşvətlə yazması, qarşıdan gələn yanvar imtahanlarının yığımına indidən başlaması ittihamları var.

Xaləddin müəllim tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları "həll etmək” üçün rüşvət yığdırdığı deyilir. Pul verməyən tələbələri qəsdən sıxışdırır.

Bundan əlavə, direktor bəzi tələbələrlə sövlələşərək, onları dərslərdən və imtahanlardan azad edir. Odur ki, Bərdənin sözügedən kollecində açıq bazar iqtisadiyyatı hökm sürür.

Təhsil ocağından adına uyğun olaraq, X.Ələkbərov pul yığma kampaniyasının idarəetməsini və texnologiyasını gözəl bilir. Deyilənə görə, kollecdə yanvar yığımı başlayıb və semestr imtahanları ilə bağlı şıdırğı alver gedir.

Mətbuatda yazılanlara görə, tələbələr dərslərə gəlmir və nələrinsə müqabilində qayıb məsələlərini həll edirlər. Onsuz da imtahan zamanı həll edəcəyik” prinsipi ilə tələbələrə dərslər də keçirilmir.

Müəllim və tələbələrin əksəriyyətinin adı jurnalda yazılsa da, özləri aylarla dərslərə gəlmirlər. Deyilənlərə görə, hətta bəzi tələbələrin təqaüd kartı da Xaləddin Ələkbərovdadır. Əgər belə fakt varsa, onu Ağstafanın həbs edilən icra başçısının aqibəti gözləməsi istisna hal deyil.

Təhsil ocağında hansı ixtisasların tədris edildiyinə nəzər saldıqda görərik ki, kollecdə kifayət qədər ixtisaslar var. Lakin həmin dərslərin əksəriyyətinin boş keçdiyi söylənir.

Kollecdə təhsilin aşağı səviyyədə olmasına rəğmən, əksər vaxtlarda müəllim kollektivinin maaşından nələrsə bəhanə gətirilərək çıxılır ki, bu da müəllimlərin etirazı ilə nəticələnir.

Lakin çox da, etiraz edə bilməyən müəllimlər məcbur olub susmalı olur. Çünki direktor Xaləddin müəllim əvvəlcədən bildirib ki, kimə xoş deyilsə, ərizəsini yazıb gedə bilər.
XalqXeber.Az
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO