Şirin suya həsrət qalan Maştağa sakinləri: Camaat aya uçur, biz şəhərdə su axtarırıq — VİDEO
Bolge / Video
Oxunub: 734
25 yan 2020 | 09:30
Şirin suya həsrət qalan Maştağa sakinləri: Camaat aya uçur, biz şəhərdə su axtarırıq — VİDEO


Maştağanın “Daş karxanası” adlanan ərazisində yaşayan minlərlə sakin uzun illərdir ki, şirin suya həsrət qalıb.
Sakinlər bildirirlər ki, yaşadıqları ərazidən cəmi iki kilometr məsafədən su xətləri keçsə də, onlar burda susuzluqdan əziyyət çəkirlər. Əlacsız qalan sakinlər ya hər həftə 40 manat verib maşınla su gətizdirməli olurlar, ya da hər gün bataqlıq yollarla iki kilometrə yaxın məsafə qət edərək qablarla su daşımalı olurlar.

Hər gün qablarda su daşıyan sakinlərdən biri vəziyyəti belə izah edib: “Yoruluruq, bu qədər əzab olar? Camaat aya uçur, biz paytaxtda su axtarırıq”.

Dözülməz vəziyyətlə bağlı sakinlər dəfələrlə məsul qurumlara müraciətlər ünvanlayıblar. Hər dəfə isə onlara növbəti ildə problemin həll olunacağı ilə bağlı vədlər verilib. Amma, təssüflər olsun ki, illər dəyişsə də, vəziyyət dəyişməyib.
Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sakinləri ən azı bir il səbrli olmağa çağırıb.

Qurum rəsmisinin sözlərinə görə, ya bu ilin sonu, ya da ən geci 2021-ci ilin əvvəlində ərazidə şirin su problemi aradan qalxacaq. Onun sözlərindən aydın oldu ki, ana xətt ilə təxminən bir kilometr məsəfəyə şirin su xətti çəkilməsi üçün “Azərsu” ASC-yə bir ildən çox vaxt lazımdır. (oxu.az)

Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR