Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib
Bolge
Oxunub: 774
3 fev 2020 | 14:52
Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib

Xeberci.info xəbər verir ki, rayon Mədəniyyət sarayında hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinın və 250 nəfər şəhər sakininin iştirakı ilə Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev iştirak edib.
RİH başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən, nümayəndənin müavini Əzizov Üzeyir Mirələm oğlu 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edərək şəhər ərazisində aparılan abadlıq-quruculuq, qaz, elektrik və su təsərrüfatı sahələrində görülmüş işlərdən, küçələrin asfaltlaşmasından danışaraq bu sahədə işlərin davam etdirildiyini bildirib.
Hesabat məruzəsi ətrafında çıxış edən rayonun xidmət təşkilat rəhbərləri əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən verilmiş sərəncamların icra olunması sahəsində daha da səmərəli işləyəcəklərini bildirərək son illərdə Ağsu rayonunun sosial-iqtisadi inkişafı sahəsində aparılan işləri yüksək qiymətlədirərək hesabat məruzəsinə kafi qiymət verilməsini təklif ediblər.
Rayon İcra Hakimiyyətinin baçşısı 2019-cu ildə ölkə başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən tədbirlərin davam etdirildiyini, ölkənin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsini, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmasını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağsu rayonunun tarixi ərazisi olan “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi barədə 22 oktyabr 2019-cu il tarixli və Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi işləri ilə bağlı tədbirlər haqqında 10 yanvar 2020-ci il tarixli Sərəncamlarının ölkə rəhbərliyi tərəfindən rayonumuza göstərilən diqqət və qayğının təzahürü olduğunu qeyd edib.
Hesabat yığıncağından sonra keçirilən qəbulda çıxış edən RİH-nin başçısı rayon ərazisində elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində Cəfərli (17 kənd) və Sabir (19 kənd) hava elektrik xətlərinin yenidən qurulması və əlavə 35 kvt-luq Ağabəyli yarımstansiyasının tikilməsi, şəhər ərazisində içməli su xətlərinin yenilənməsi istiqamətində işlərin davam etdirildiyini və 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi RİH-də qeydiyyata alınmış 3085 evdən 253 qəzalı evin tikilərək istifadəyə verildiyini, 152 evdə bərpa gücləndirmə işinin aparıldığını və 909 evdə təmir işlərinin başa çatdığını qeyd edərək bu sahədə işlərin davam etdirildiyini bildirib.
Səyyar görüşdə vətəndaşlar tərəfindən yeni salınmış məhəllələrdə küçələrə adların verilməsi, orada su, elektrik və qaz xətlərinin çəkilməsi və digər sosial sahələr üzrə müraciətlər səsləndirilib.
Qeyd olunan müraciətlərlə bağlı xidməti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi təkliflərlə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına müraciət ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilibAğsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilibAğsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilibAğsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilibAğsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilibAğsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal