Qayınananı restoranda girov saxlayan icra başçısının oğlu imiş
Bolge
Oxunub: 1 418
27 avq 2015 | 10:55
Qayınananı restoranda girov saxlayan icra başçısının oğlu imiş















Şabranda qayınananı toyda girov saxlayan restoranın kimə məxsus olduğu bilinib

Tia.az-a verilən məlumatda bildirilir ki, borca görə toy sahibinə qarşı bu addımı atan “Savalan” restoranı Hacı Ruslan adlı iş adamına aiddir. “Savalan” restoranının sahibi icra başçısı Novruz Novruzovun oğludur. Hacı Ruslanın eyni adda Bakıda və Sumqayıtda da şadlıq evləri olduğu deyilir. Mənbənin sözlərinə görə, hadisə günü - avqustun 22-də Şabranda “Savalan” restoranının müdiri özü də orada olub. Hacı Ruslan toy sahibi 1000 manata yaxın borcu qaldığına görə qayınanasını bir sutka girov saxlayıb və avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb. Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bu cür hadisələrin Cinayət Məcəlləsinin adamları girov götürmə, yəni 215-ci maddəsi ilə cinayət sayıldığını bildirib: “Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, grov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...