Şabranda nə baş verir?-İcra başçısından şikayət var
Bolge
Oxunub: 1 272
29 avq 2015 | 07:47
Şabranda nə baş verir?-İcra başçısından şikayət var



















Novruz Novruzovun bütün Şabranı girovda saxladığı iddia olunur

Son vaxtlar ölkə mətbuatında ardıcıl dərc olunan çoxsaylı materiallardan da belə bir qənaətə gəlmək olur ki, bu gün əhalisinin məmur özbaşınalıqlarından daha çox əziyyət çəkdiyi bölgələrimizdən biri də Şabran rayonudur. Qəzetimizin səhifələrində dər etdiyimiz yazılarda biz də bu mövzuya toxunaraq bildirmişik ki, son vaxtlar bəzi rayon və bölgələrdə yerli vətəndaşlar, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksəkçinli məmurları tərəfindən nəzarətə götürülür.

Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Məlum olduğu kimi, Şabran rayon münbit torpaqları, meşələri, meyvə bağları, zəngin faunası ilə fərqlənir. Rayonun ərazisində Qalaaltı kimi məşhur istirahət mərkəzləri və digər müalicəvi obyektlər var. Başqa sözlə desək, Şabranda istər turizmin, istərsə də bir çox digər sahələrin inkişafı üçün olduqca əlverişli şərait mövcuddur.

Lakin rayondan daxil olan məlumatlarda bildirilir ki, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonunun demək olar ki, bütün biznes sahələrini tamamilə nəzarətə götürmüş və bu sahədə başqa bir kimsənin fəaliyyətinə qətiyyən imkan vermir. Editor.az "Bizim Dövr" qəzetinə istinadən xəbər verir ki, mənbənin iddiasına görə Şabranda tək-tək rast gəlinə biləcək “müstəqil” müəssisələr isə, əslində yalnız şəhadətnamə və möhürə malik olmaları ilə fərqlənirlər. Bütün digər məqamlarda isə, bu müəssisələr də inhisara daxil olan digər obyektlər kimi başçının maraqları çərçivəsində fəaliyyət göstərirlər. Mənbələr israrla bildirirlər ki, bu gün Şabranda fəaliyyət göstərən əksər kommersiya obyektləri də məhz icra başçısına məxsusdur. Nəticədə isə rayonda iş adamlarına bu sahəyə sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Bu xüsusda rayondan təqdim olunan açıqlamalarda bildirilir: “Rayonumuzda xeyli münbit torpaq sahələri var. Bu sahələr vətəndaşlar tərəfindən meyvə bağları kimi istifadə olunur. Əlbəttə ki, bu fəaliyyət Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Lakin, hətta bu işdə ölkə başçısının sahibkarlara dəstək verməsi, atılan mühüm addımlar nədənsə Şabranda öz nəticəsini vermir. Çünki icra başçısı üçün vacib olan dövlətin maraqları deyil, məhz öz mənfəətidir. Məhz Novruz Novruzovun təhriki ilə sahibkarlardan o qədər “şapka” tələb olunur ki, iş adamları işləmək istəmirlər. Bu isə əslində elə Novruz Novruzovun qarşıya qoyduğu əsas məqsədidir. Belə ki, icra başçısı yüz hektarlarla meşə ərazilərini zəbt edərək orada heyvan saxlatdırır, rayon ərazisində çoxsaylı fermaları var. Rəqabət olmasın deyə, digərlərini işləməyə qoymurlar. Şabran icra hakimiyyətinin rəhbərliyi iş adamlarının rayonda kənd təsərrüfatı ilə məşğul olmasına mane olur. Novruz Novruzov rayondakı münbit torpaqları ancaq öz qohumlarına uzun müddətə icarəyə verir. Başqa iş adamlarını isə belə imkanlardan məhrum edir ki, qohumları üçün rəqib olmasın. Rayonda sağlam rəqabət mühiti olmadığı üçün, başçının qohumları camaatı istismara məryz qoyur, öz təsərrüfatlarında işlətdikləri fəhlələrə ayda cəmi 100-120 manat əmək haqqı verirlər. Bir sözlə, Şabranda ədalətsizlik, haqsızlıq, zülm ərşə dirənib...”

Daxil olan məlumatlarda xüsusilə vurğulanan məqamlardan biri də icra başçısı tərəfindən rayonda turizm sahəsinin inhisara alınması ilə bağlıdır. Bu xüsusda açıqlamalarda bildirilir ki, Novruz Novruzov Qalaaltı kurortunun ərazisini özünün əsas biznes yerinə çevirib. Füsunkar təbiəti ilə seçilən bu məkanda başçının göstərişilə villalar, kotteclər tikilərək baha qiymətə məmurlara satılır. Qeyd olunur ki, bu məqsədlə Novruz Novruzov indiyədək ərazidə 40-dan çox villa inşa etdirib. Həmçinin məlumatlarda Novruz Novruzovun Qalaltı ərazisində bir neçə İstirahət Mərkəzinin də olduğu vurğulanır. Bu mərkəzlərdə olan kotteclərin gündəlik kirayə qiymətləri isə, 80 manatdan başlayır. Daha sonra mənbələr bildirirlər ki, Novruz Novruzov Şabranda topladığı var-dövlətinin bir hissəsini də paytaxt Bakıya və doğulduğu Lerik rayonuna köçürüb.

Belə ki, icra başçısı Bakının Badamdar qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib. Həmçinin şəhərin müxtəlif yerlərində yeni inşa edilən binalarda çoxlu sayda mənzillərə sahib olub. Digər tərəfdən isə, bu gün Şabranda yaranmış vəziyyət barədə açıqlama verən mənbələr, icra başçısının özünü sərmayə təminatı baxımından da dövlət hesabına kifayət qədər təmin edə bildiyindən bəhs edirlər. Bu xüsusda əldə etdiyimiz məlumatlardan birində iddia olunur ki, Novruz Novruzov “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir. Həm də rayonun abadlaşdırılması üçün dövlətin ayırdığı milyonları mənimsəyən icra başçısı, sonradan həyata keçirilməli olan abadlaşdırma işlərini sahibkarların boynuna qoyur.

Məlumdur ki, bir çox məmurların rəhbərlik etdikləri sahələrdə tam cəzasızlıq şəraitində, istədikləri özbaşınalıqları törədə bilmə imkanları bu şəxslərin yaxınlarında və ilk növbədə təbii ki, övladlarında da yüksək ambisiyaların formalaşmasına yol açır. Elə bir neçə gün bundan əvvəl Şabranda baş vermiş hadisə də bunun əyani sübutu kimi çıxış etmiş oldu. Artıq xəbər verildiyi kimi, avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçiktoy məclisində xoşagəlməz hadisə yaşanmışdı. Yayımlanan məlumatlardan aydın olurdu ki, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Açıqlamaya görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girovazad edilib.

Maraqlıdır ki, bu aşkar cinayət əməli ilə bağlı rayonun hüquq-mühafizə orqanları heç bir tədbir görməyiblər. Halbuki, AR Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərə alsaq ki, “Savalan” restoranında da girovun saxlanılmasında ən azından bir neçə ofisiantın və restoran rəhbərliyinin “səyləri” olub, demək olar ki, törədilən əməlin məhz bir qrup şəxs tərəfindən həyata keçirildiyini iddia etmək mümkündür. Bəs onda niyə Şabran polisi hadisəyə gərəkən reaksiyanı verməyib? Bu sualın cavabı da özünü çox gözlətmədi. Məlum oldu ki, sən demə “Savalan” restoranının sahibi icra başçısı Novruz Novruzovun oğlu Hacı Ruslandır. Həm də məlumatlarda Hacı Ruslanın eyni adda Bakıda və Sumqayıtda da şadlıq evlərinin olduğu bildirilir. Hadisə barədə açıqlama verən mənbələr xüsusi olaraq vurğulayırlar ki, avqustun 22-də Şabranda baş verən olay zamanı Hacı Ruslan özü də “Savalan” restoranında olub. Bu insidentə münasibət bildirən bir çox rayon sakinləri isə, öz fikirlərini belə ifadə edirlər: “Novruz Novruzov bu gün bütün Şabranı girov saxlayır. Onun özünə kim nə deyir ki, bir nəfəri bircə günlük girov götürdüyünə görə oğluna da nəsə desinlər..? ”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq."Bizim Dövr" qəzeti
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi