AĞSU "PIRHƏSƏNLI MAFIYASI”NIN ƏSARƏTI ALTINDA: NAZIRIN DAYISI VƏ QOHUM-ƏQRABASI RAYONU ZƏBT EDIB
Bolge
Oxunub: 2 261
30 avq 2015 | 05:07
AĞSU "PIRHƏSƏNLI MAFIYASI”NIN ƏSARƏTI ALTINDA: NAZIRIN DAYISI VƏ QOHUM-ƏQRABASI RAYONU ZƏBT EDIB












Səlim Müslümovun dayıları təkcə banklardan ayda 10 min manatdan artıq qazanc əldə edir - ŞİKAYƏT

Ağsu rayonunun 10 ilə yaxındır ki, nazir Səlim Müslümovun dayısı, icra başçısı Ənvər Seyidəliyev duğu əksəriyyətə məlumdur. Bu 10 ildə bürokrarik əngəllərin girdabında boğulan ağsulular dəfələrlə etirazlarını yazılı və şifahi surətdə bildiriblər. Lakin bu günəcən heç bir etiraz nəzərə alınmayıb. Çünki Ənvər Seyidəliyev bacoğlusuna arxalanıb Ağsunu şəxsi ərazisi və mülkü kimi idarə edir. Təfərrüatlara varaq.

Beləki, azerinews.tv-yə daxil olan çoxsaylı şikayətlərə görə, Ağsuda əsas vəzifə sahibləri və pul gətirən sahələrin yönəlticiləri pirhəsənlilərdir. (Pirhəsənli, başçının kəndi-red.) Bunu mətbuat vasitəsilə ölkədə bilməyən az adam tapılar. Düzdü, bir müddət əvvəl S.Müslümovun qardaşı Radim Müslümov Ağsu rayon Maliyyə şöbəsinin müdirliyindən İsmayıllı rayonunun eyniadlı qurumuna transfer olundu. Bir növ, Pirhəsənli “mafiyası” narazılıqların fonunda siyasi gediş etdi ki, ictimai diqqəti üzərlərindən uzaqlaşdırsınlar. Lakin “bir gül ilə bahar olmaz” hikmətini yada salmadılar. Yəni, biri getdisə, yerində yüzü qaldı. İş onda deyil ki, camaat məhz Müslümovun qohumlarının rayon rəhbərliyində təmsil olunmasından narahatdı, əsla, məsələ onların rayon camaatını rəzil günə qoyub, istismar etmələrindədir. Yoxsa nə var ki; məmmədlər olmasın, ənvərlər olsun.

Əvvəla, rayon mərkəzində yeni salınan dövlət obyektlərinin hamısının layihəsini Ənvər Seyidəliyev rayon mərkəzi ilə Pihəsənli kəndinin arasındakı əraziyə saldırıb. Məsələn, stadion, idman kursları, xəstəxana, uşaq əyləncə mərkəzi, Şəhidlər xiyabanı, hərbi komissarlıq, FHN-nin rayon şöbəsi və sairə. Hələ tikintilər davam edir. Buna da dözmək olardı, əgər...

Əgər camaatın cibini hər gün müxtəlif vasitələrlə soymasaydılar

Diqqət çəkək “Kapitalbank”ın Ağsu filialına. Təbii ki, bu qurumun rəhbəri Ənvər Seyidəliyevin qardaşı Fətulla Seyidəliyevdir. Çox uzun illərdir ki, Fətulla müəllim bu missiyanı yerinə yetirir. Özü də hacı adamdı, hərçənd ki, el arasında “seyid” çağırılır. Bütün rayonlarda pensiyalar, sosial müavinətlər, maaşlar veriləndən ən azı bir həftə sonra Ağsuda camaat bankomatdan pul çıxarır. Bir neçə gün bankdan pul buraxılmır, bir neçə gün isə ya bankomatlarda pul olmur, ya bankomatlar xidmət göstərmir, ya da işıqlar sönür və sairə. Onminlərlə pul başçının və qohumlarının ticarət obyektlərində, tikinti şirkətlərində, şadlıq saraylarında, restoranlarında, yukdaşıma servislərində dövriyyəyə buraxılır ki, bu da xeyli miqdarda təmiz gəlirin əldə olunması deməkdir. Digər tərəfdən, sözügedən bank filialının kassiri Əzizaga bəy ehtiyacı olan insanlara maaş, pensiya, sosial müavinətlər, torpaq subsidiyaları və s. verilənə qədər faizə pul buraxır ki, buna öz dillərində “möhür düzmək” deyirlər. Əlbəttə ki, bankomat kartlarının müqabilində buraxılır bu pullar. Kartlar sahiblərinə qaytarılanda isə 100 manata qədər verilmiş pulun müqabilində 10 manat, 200 manata görə isə 20 manat faiz saxlayır, Əzizağa kaccir. Nəzərə alsaq ki, yüzlərlə insan bu “şans”dan istifadə edir, onda hansı məbləğdən söhbət getdiyi məlum olur...

Şikayətçilərin dediyinə görə hazırda torpaq subsidiyalarının verilməsi dövrüdür. 15 günə yaxındır ki, hər gün subsidiyalar şayiələr şəklində verilir camaata. Amma əslində yenə onminlərlə manat şəxsi dövriyyələrdədir. Bunu əhali hər dəfə pul verilməsi qabağı başçının “Kapitalbank”-ın rayon filialını ziyarət etməsindən bilir. Əcəba, ancaq pul gələndən-gələnəmi qardaşlar hal-əhval tutur?.. İşgüzar görüşdüsə, niyə başqa zamanlarda gerçəkləşdirilmir bu görüşlər?.. Bəlkə də, başçının icazəsi ilə kənd ərazi komissiyalarının subsidiya “pripiska”larından əldə olunan gəliri ayırmaq üçün başçı cənabları bankı həssas vaxtlarda ziyarət edir!.. Bunun dəqiqini, yəqin ki, RİH başçısının Aqrar məsələlər üzrə keçmiş müavini (həmin postlar Prezidentin səsrəncamı ilə bir neçə aydır ki, ixtisara salınıb-red.), subsidiyaların müəyyən olunması üzrə rayon komissiyasının sədri Elxan Abdullayev bilir. Ancaq bu, o demək deyil ki, əhalinin bu işlərdən xəbəri yoxdur!..

P.S. Yuxarıda istinad etdiyimiz faktlar rayondakı maxinasiyaların yüzdən biridir. Yerli mənbələrdən əldə etdiyimiz digər diqqət çəkən karrupsiya faktlarını da tezliklə oxucularımızın və aidiyyatı dövlət qurumlarının ixtiyarına buraxacağıq. Məsələn: Bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyalar Ağsunun başçısı tərəfindən necə əridilir? Ə.Seyidəliyevin paytaxtda ev, maşın alıb bağışladığı qızların hərəsinə bu pullardan nə qədər bölüşdürülür? Ə.Seyidəlievin deputatlıq istəyinin arxasında nələr gizlənir?.. Və sairə...

Qarşı tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA