Xətainin icra başçısı özünü o qədər arın-arxayın hiss edir ki... - İTTİHAM
Bolge
Oxunub: 402
18 fev 2020 | 19:44
Xətainin icra başçısı özünü o qədər arın-arxayın hiss edir ki... - İTTİHAM


El dili ilə desək siftəsi korlanan Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin başı seçki saxtakarlığı ilə bağlı problemdən qurtarmadan, yeni bir problemlə dərddədir. Belə ki, ölkənin oliqarx məmurları sırasında əhəmiyyətli yer tutan Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə məxsus, icarəyə verilən obyektlərdən gələn səslərlə bağlı vətəndaş narazılığı səngimir. Bir müddət öncə Conflict.az-ın araşdırması əsasında dərc edilən məlumatda qeyd edilirdi ki, Rafiq Quliyev bəzi kommersiya obyektlərini özünə yaxın olan müxtəlif şəxslərin adına rəsmiləşdirsə də, lakin həmin ticarət müəssisələrinin Xətai rayon İcra Hakimiyyətinin başçısına məxsus olması kimsəyə sirr deyil. Belə obyektlərdən bir neçəsi də Xətai rayon Cavanşir küçəsində yerləşir. Ötən araşdırmamız zamanı məlum olmuşdu ki, Rafiq Quliyevə məxsus bir çox obyektlərə onunla kirvəlik münasibətində olan İntiqam adlı şəxs rəhbərlik edir. Hətta mənbə əlavə olaraq onu da qeyd etmişdi ki, obyektlərin vətəndaşlar üçün yaratdığı narahatlıqlar konteksində polisə edilən müraciətlər zamanı məhz İntiqam dövriyyəyə girir və şikayətçilərin müraciətlərini polisin arxivinə göndərtdirir. Məhz bu amildir ki, Rafiq Quliyevin obyektlərini icarəyə götürən sıradan bir şəxslər belə meydan sulayırlar. Əslində bu hal Xətai rayon İcra Hakimiyyətinin başçısı RAFİQ QULİYEVİN ÖLKƏ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN İRADƏSİNƏ QARŞI ÇIXMASININ ƏYANİ TƏZAHÜRÜDÜR.

Çünki ölkə Prezidenti məhz Rafiq Quliyevində İcra Hakimiyyətinin başçısı təyinatı zamanı onlara dövlət üçün birinci insan amilinin rol oynamasını xatırlatmışdı. Təəssüflər olsun ki, məlumatlı mənbənin verdiyi informasiyaya görə bəzi kluarlarda özünü hakim ailənin yaxını kimi təqdim edən Rafiq Quliyev üçün insan amili nəinki birinci deyil, hətta yoxdur. Və zaman onu göstərdi ki, bu şəxs yalnız öz şəxsi büdcəsini düşünməklə Prezident iradəsinə qarşı çıxmır, eyni zamanda ölkə başçısının siyasi kursunu dünyada şübhə altına alan əməllərə də yol verir. Belə ki, Xətai rayonunda mövcud olan 4 DSK-dan, 2-nin nəticələri məhz saxtakarlığa görə ləğv edilməsi konteksində, Rafiq Quliyev hələ də obyektəlrinin dayanmadan işləməsi, daha çox vəsait əldə etmk haqqında düşünür.

Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, Xətai rayon Cavanşir küçəsində yerləşən və hər kəsin “Rafiq Quliyevin avtoyuma məntəqəsi” kimi tanıdığı obyekt, illərdir ki, gecənin gec saatlarına qədər, bəzən isə 24 saat belə fəaliyyət göstərir. Rafiq Quliyevin kirvəsi İntiqam adlı şəxsin bacısı Afətin adına rəsmiləşdirilən bu obyektlə bağlı hələ ötən il vətəndaşların polisə və digər aidiyyatı dövlət qurumlarına etdikləri şikayətlər əsasında Bakı şəhər Baş Polis İdarəsi BŞİH-yə və Xətai RİH-yə obyektin təyinatının dəyişdirilməsi ilə əlaqədar rəsmi məktub göndərsə də, lakin həmin məktub naməlum səbəblərdən icra edilmədi. Əslində hər şey məlumdur. Özünü Xətainin padşahı kimi aparan Rafiq Quliyev nədən gəlirli obyektinn təyinatını dəyişdirməlidir? “Mən salim olum, cümlə-cahan batsada, batsın” təfəkkürü ilə rayonu idarə edən bir şəxsə vətəndaş narahatlığı türklər demiş hələ ki, vız gəlir. Və onu da oxucuların nəzərinə çatdırırıq ki, Rafiq Quliyevin obyektlərinin vətəndaşlar üçün yaratdığı narahatlıqlarla bağlı dərc edilmiş araşdırmadan sonra Rafiq Quliyevin adamları kifayət qədər “böyük dəyişikliklər” etdilər. Obyektin üzərindəki “Qarabağlılar 19” lövhəsini çıxarıb, yerinə başqa bir lövhə asdılar. Onu da xatırladaq ki, həmin obyeklə bağlı şikayət hal – hazlrda Xətai rayon 36-cı polis bölməsinin icraatındadır.
Rafiq Qullliyevin seçki saxtakarlığına göz yumması, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsinə qarşı çıxmasının səbəbləri ilə bağlı araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi