"Belə korrupsiya faktları çoxlu saydadır..." - GİLEY
Bolge / Video
Oxunub: 612
21 fev 2020 | 20:23
"Belə korrupsiya faktları çoxlu saydadır..." - GİLEY


Füzuli rayonu Horadiz qəsəbəsi sakini Ucar rayonunun uşaq musiqi məktəbində məskunlaşmış Nəzərova Kiçikxanım Xanlar qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Füzuli rayonu Horadiz qəsəbəsi sakiniyəm, torpağımız erməni düşmənlər tərəfindən qəsb olunduğu üçün məcburi köçkün kimi Ucar rayonunun uşaq musiqi məktəbinin binasında məskunlaşmışıq. Ailə həyatı qurmamışam 61 yaşım var. Füzuli rayonundan məcburi köçkün düşən zaman Ucar rayonuna mənimlə birlikdə anam Nəzərova Firəngiz Eyvaz qızıda gəlmişdi.Anamla birlikdə yaşayırdım.O, xəstəlik nəticəsində 1999-cu il tarixdə vəfat etdi.Anamı Ucar rayonunun Qarabörk kənd qəbirstanlığında dəfn etdik.
Məlum olduğu kimi Azərbaycan ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalından azad etmişdir.İşğal zamanı bizim ailənin yaşadığı evimiz tam yararsız olmuşdur.Bu səbəbdən mən Ucar rayonunda qalıb burada yaşyıram.
Uzun illərdi yeni mənzillə təmin olunmağımı gözlədiyim vaxtda mənə qarşı qanunsuzluq və haqsızlıq edildi.
Belə ki, Ucar rayonunda 5 mərtəbəli 250 mənzilli 6 bina inşa edilib məcburi köçkünlərin istifadəsinə verilmişdir. 29 dekabr 2019-cu il tarixdə açlış oldu və məcburi köçkünlər üçün salınmış həmin qəsəbədəki binanın 125 mənzilin orderləri məcburi köçkünlərə paylanıldı. Mən isə bu hüquqdan qanunsuz və əsassız olaraq məhrum edildim.Bununla əsaslandırdılar ki, sənin Füzuli rayonunun Horadiz qəsəbəsində evin var gedib orada yaşaya bilərsən.
Mən 29 dekabr 2019-cu il tarixdə açılışda iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat işçisi Eldar Zeynalova bu barədə dedikdə mənimlə kobud danışdı.
Qeyd edim ki, Füzuli rayonunun Horadiz qəsəbəsindəki ev bir otaqlı yaşamağa tam yararsız komadır ki, komisiya yaradılıb baxış keçirilməsinə zərurət var. Hazırda məskunlaşdığımız Ucar rayonu musiqi məktəbinin binasında yaşayan qaçqınlar yeni mənzillərə köçürülüblər.Burada tək mən qalmışam.Buna görə də tək qəzalı evdə qorxu həyəcan içində yaşayıram.Mənə qarşı edilən bu qanunsuzluğu edən vəzifəli şəxslər özləri cinayət əməli ilə məşğul olurlar.

Ucar rayonunda inşa edilmiş həmin binaının mənzil verilmiş məcburi köçkünlərin çoxunun Bakı şəhərində və digər yerlərdə xüsusi mənzilləri var.
Qeyd edim ki, elə məcburi köçün var ki, adı Ucar rayonunda yaşayan kimi qeyd edilib ancaq Bakı şəhərində yaşayırlar, orada işləyirlər, orada uşaqları məktəbə gedir, sadəcə adları Ucar rayonunda məskunlaşan məcburi köçkün kimi qeyd edilib.Ev paylananda həmin ailələr peyda oldular və onlara həmin binadan 2 mənzil verildi.Bu insanların gözü qarşısında baş vermiş korrupsiya cinayətidir.Belə korrupsiya faktları çoxlu saydadır. Buna görə zərurət var ki, komissiya yaradılsın obyektiv araşdırma aparılıb ciddi tədbirlər görülsün.
Mənim məskunlaşdığım Ucar rayon uşaq musiqi məktəbinin otağı qəzalı vəziyyətdədir burada nəink insan heç heyvanda saxlamaq olmaz.Mən üzləşdiyim qanunsuzıuq barədə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilədə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb çox-çox xahiş edirəm sizə yalvarıram şikayət ərizəmi yerində mənim iştirakımla araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz, mənə yeni mənzilin verilməsinə yaxından köməklik göstərəsiniz".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO