"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bolge
Oxunub: 357
21 fev 2020 | 16:36
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...


Şəki rayonu, Şin kəndində yaşayan Nəcəfova ( Məmmədova) telli əsədullah qızı, Cəmilova Məlakət Abdulla qızı və Nəcəfov İlyas Vərgullah oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Narazı vətəndaşın bir nüsxəsi DİA.AZ-a daxil olan müraciətində deyilir:

"Biz Şəki rayonun Şin kənd sakinləri ömrümüz boyu bu kənddə yaşamışıq.Babalarımız XIX əsrin ortalarından Rusiyanın Axtı rayonun Rutulundan indiki yaşadığımız Şin kəndinə köçürülmüş və burada da kənd salaraq yaşamışlar. Bizi Rutul ləzgiləri adlandırsalar da, əslində azsaylı xalq olan Tsakur millətindənik.

2019-ci ilin mayın 25-də kəndimizdə baş vermiş güclü küləklər zamanı kəndimizin aşağı hissəsində açıqlıq yerdə təzə tikilmiş evlərin dam örtüklərinin, taxta materialların və divarının uçurulub tökülməsi nəticəsində yaşamaq mümkün olmamış, yarasız vəziyyətə düşmüşdür. Bu barədə dəflərlə yerli və yuxarı dövlət orqanlarına şikayətlər etsək də xeyri olmamışdır. Təkcə şəki şəhər İcra hakimiyyətindən 689 manat yardım edilmişdir. Lakin ailə vəziyyətimizin ağır olması, yoldaşım və mənim ciddi xəstəliklərimiz imkan vermir ki, dolanaq. Heç bir sosial yardım almırıq. Uşaqları çox vaxt ac məktəbə yola salırıq. Amma ümidimizi hələki itirməmişdik. O vaxt ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun 04.12.2019-cu il tarixli cavab məktubu olmasaydı. Rəis müavini qeyd edir ki, “Ekologiya Nazirliyinin verdiyi məlumata əsasən 2019-cu ilin mayın 20-də gecə şəki rayonunda müşahidə olunmuş yağıntının miqdarı, küləyin sürəti, düşən dolunun dənələrinin diametri təbii fəlakət törədə biləcək gücdə olmamışdır. Bu səbəbdən tərəfimizdən sizə hər hansı köməklik göstərilməsi səlahiyyəti xaricindəyik.” Bu da dövlətin hər il üçün milyardalar ayırdığı FHN-nin əsassız cavabı. Qeyd etmək yerinə düşərdi ki, Şəki rayonu ərazisinə görə çox böyükdür. Bir tərəfinə yağış yağanda, digər tərəfində gün çıxır. Xatırladaq ki, zərər görmüş 3 evin tikildiyi yer çay vadisinə yaxındır və dağdan bir az aralıdır. Birbaşa Rusiyadan yüksək dağlar arasından gələn adi bir külək bizim evlər olan yerdə sanki böyük bir tufan-qasırğa effekti verir. Yerli camaat bu hadisələri təsdiq edə bilərlər.Adi günlərdə heç yerdə külək hiss edilməyəndə biz yayın ortasında əsən sərin küləkdən evdə otura bilmirik. Qaldı ki, yağışlı, dolulu güclü külək əsə. fakt isə göz qabağındadır ki. küləyin təsirindən yeni tikilmiş mişar daşlı divar uçmuş, dəmir dam örtüyü bütövlüklə uçub kənara düşərək yararsız hala düşmüşdür. İndi camaat gözlərinə inansın, yoxsa Ekologiya Nazirliyinin formal hesabatına istinad edən FHN-nin tərtib etdiyi saxta akta?

Cənab Prezident İlham Əliyev, Sizdən çox xahiş edirk ki, biz azsaylı xalq olaraq onsuz da Azərbaycanda çox çətin və dözülməz şəraitdə birtəhər yaşayırıq. Amma adi bir məsləyə görə FHN-nin bizi vətəndaş yerinə qoymaması, hamımızda nifrət yaratmışdır, ki insana da belə münasibət göstərərlər? Cənab Prezident, Siz həmişə Azərbaycanda yaşayan azsaylı xalqların problemlərilə maraqlanır və lazımi köməkliklər göstərirsiniz. Odur ki, son ümid yeri kimi Sizə müraciət edirik ki, təbii fəlakət nəticəsində dağılmış evimizin bərpa edilməsi üçün lazımi köməkliyin göstərilməsinə göstəriş verəsiniz".
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq