Sumqayıtda kütləvi ixtisarlar
Bolge
Oxunub: 1 273
1 sen 2015 | 06:29
Sumqayıtda kütləvi ixtisarlar













Son beş ildə Sumqayıtın ən iri sənaye müəssisəsi statusunu qazanan Texnologiyalar Parkı ciddi problemlərlə üzləşib. Zavodlar kompleksinə daxil olan bir neçə istehsalat sahəsi fəaliyyətini dayandırıb

Işçilər kütləvi şəkildə ixtisara salınır, maaşların verilməsi isə gecikdirilir.

4500-dən çox işçinin çalışdığı və 17 zavoddan ibarət olan Texnologiyalar Parkı növbəti dəfə çətin günlərini yaşayır.

Sonuncu dəfə burada bənzər vəziyyət ötən ilin əvvəlində, ümumdünya iqtisadi böhranının növbəti dalğası yaşanarkən müşahidə olunmuşdu.

Müəssisədəki mənbə AzadlıqRadiosuna deyib ki, "Sumqayıt Texnologiyalar Parkı” MMC maliyyə çətinlikləri ucbatından xammal ala bilmir və istehsal da buna görə dayanır.

Nəticədə iyun ayından bu yana əmək haqlarının verilməsi dayandırılıb.

"Bir neçə gündür ki, iyun ayının maaşını verməyə başlayıblar. Amma ixtisara düşən fəhlələrin maaşlarının ödənilməsi qabağa salındığı üçün çoxlarının əmək haqqı hələ də verilməyib”, deyə adının çıkilməsini istəməyən fəhlələrdən biri bildirib.

Məlumata görə, bir neçə gün əvvəl maaşların 3 aydan bəri ödənilməməsinə açıq etiraz edən bir qrup işçi rəhbərlik tərəfindən adbaad müəyyən edilərək ixtisar bəhanəsilə işdən azad edilib. Bundan sonra isə etirazlar səngiyib.

Işdən azad olunanlardan biri də müəssisənin energetika şöbəsində işləyən Nurəddin Səməndərovdur. Deyir ki, ondan başqa energetika şobəsində daha 24 nəfər ixtisara salınıb: "Çağırıb elan etdilər ki, sentyabr ayından işləməyəcəksiz. Ərizənizi yazın, işdən çıxın. Maaşımızı isə iyundan vermirlər. Onu da deyim ki, neçə vaxtdır ki, maaşlar iki yerə bölünüb verilirdi: bir hissəsi karta köçürülürdü, qalanını isə əllə alırdıq”.

Əksər özəl şirkətlərdə olduğu kimi, Texnologiyalar Parkında da ÿişçilərin əmək hüquqlarını qoruyacaq həmkarlar təşkilatı olmadığı üçün heç bir izahat verilmədən ixtisarların aparılması adi hal alıb. Burada orta aylıq əmək haqqı (350-400 manat) ölkə üzrə sənayedə çalışanların orta aylıq əmək haqqından təxminən 2 dəfə azdır.

Oxşar vəziyyət "Azenco Group” MMC-nin digər müəssisəsi olan "Azenco” ASC-də də yaşanır. Yaranmış vəziyyəti nə Texnologiyalar Parkında, nə də Sumqayıt şəhər Icra Hakimiyyətində AzadlıqRadiosuna şərh ediblər.

Radionun əməkdaşı ötən şənbə günü, avqustun 29-da səhər saatlarında Texnologiyalar Parkında olub. Müşahidələr nəticəsində və müəssisədə işləyən bəzi şəxslərlə söhbətin nəticəsində məlum olub ki, iş həcminin azalması səbəbindən artıq neçə aydır ki, həftə sonu əksər sexlər çalışmır. Yalnız kabel və texniki qazlar istehsalı sexlərində iş gedir.

Azadlıq Radiosunun araşdırmaları ilə müəyyən olunub ki, Texnologiyalar Parkı "Azenco Group” MMC (keçmiş "InterEnerci” MMC) vasitəsilə hakim Əliyevlər ailəsinə məxsusdur.

Texnologiyalar Parkı əvvəlcə "Azenco” ASC-nin tərkibində idi. 2012-ci ilin aprelində o, səhmdar cəmiyyətindən ayrılaraq ayrıca hüquqi şəxs statusu alıb. "Azenco” ASC qeyri-şəffaf şəraitdə aparılan investisiya müsabiqəsi gedişində 2008-ci ildə "InterEnerci” MMC tərəfindən özəlləşdirilmişdi.

STP-də müxtəlif təyinatlı elektrik kabelləri və naqilləri, büzməli polipropilen borular, texniki qazlar, beton tikinti materialları, armaturlaşdırılmış polad, ağır yük daşıyan yarımqoşqular, elektrik avadanlıqları, su, istilik və kanalizasiya boruları, polietilen boru birləşdiriciləri, ventilyasiya boruları, alüminium və misdən elektrotexniki çubuqlar, alüminium və mis məftillər istehsal olunur.

Hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da işləmir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb