Gəncədə sahibkarın başna necə oyun açdılar - GİLEY
Bolge
Oxunub: 515
26 fev 2020 | 20:23
Gəncədə sahibkarın başna necə oyun açdılar - GİLEY


“Obyektimi dağıtdılar, aldatdılar ki, yol genişlənir, torpaq dövlət ehtiyacları üçün alınır. 10 sot torpağım da getdi, üstündəki obyektim də… Ancaq sonra xəbər tutdum ki, məni aldadıblar, əlimdən adıqları torpağı iki yerə bölərək ayrı-ayrı adamlara satıblar. Nə kompensasiyası ödənildi, nə də əvəzi olaraq başqa yerdə torpaq verildi”.

DİA.AZ-ın məlumatına görə, Nəsrəddin Məmmədov danışır ki, 2004-cü ildə Rusiyadan Gəncəyə köçüb. 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində 10 sot torpağın üzərində obyekt alaraq işlədib. 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri ona mülkiyyətçisi olduğu 10 sot torpaq sahəsinin yol genişləndirilməsi layihəsinə düşdüyünü bildiriblər. Torpağın üstündəki kafeni qısa müddətdə söküblər, ancaq sahibinə kompensasiya ödəməyiblər.

Nəsrəddin Məmmədov danışır: “Əlimdən alana kimi hər gün gəlib-gedirdilər, ancaq elə ki, söküldü, əl-ayaqları çəkildi, məni itirib-axtarmadılar. Özüm Gəncə Şəhər İcra Hakimiyyətinə getdim, o vaxtkı başçı Elmar Vəliyevin katibəsi dedi, başçı tapşırıb ki, obyekti sökülənləri onun yanına buraxmayım. Dəfələrlə cəhd göstərsəm də, başçının qəbuluna düşə bilmədim. Sonradan gətirib bir tanışıma bir parça kağız veriblər. Kağızda mənim obyektimlə üzbəüz yolda olan 1,60 kvadratmetrlik yeri torpağımın əvəzi olaraq mənə verilməsi qeyd olunmuşdu. Təsəvvür edirsiz, 10 sot torpaq, üzərində böyük, istifadə etdiyim və mənə gəlir gətirən iaşə obyekti, mənə bunların əvəzi olaraq üzbəüz yoldan iki sotdan da az boş torpaq sahəsi vermək istəyirdilər. Kağızı tanışıma qaytardım, dedim, apar, ver özlərinə, mənə lazım deyil”.

Nəsrəddin Məmmədov mülkiyyət hüquqlarını məhkəmə yolu ilə də bərpa edə biıməyib: “Hansı məhkəmənin qapısını döydümsə, Elmar Vəliyev əlini o məhkəməyə qoydu. Hakimlər məhkəmə salonundan kənarda açıq-aşkar etiraf edib deyirdilər ki, “ağsaqqal, bağışla, gücümüz çatmır”. Bütün məhkəmələr iddia ərizəmi baxılmamış saxlayırdılar. İddiamı rədd eləməyə bəhanələri yox idi, təmin etməyə də qorxurdular”.

Nəsrəddin Məmmədov üçün ən ağırı isə ona məxsus olmuş və əlindən alınmış torpaqda başqalarının obyekt tikməsidir.

“Heç cür qaldırılası deyil bu yük… Sənin əzab-əziyyətlə, başqa ölkədə qazanıb gəlib bu ölkədə alıb, tikib qurduğun əmlakını gözün görə-görə əlindən alıb başqalarına satırlar. İndi orda bir nəfər obyekt tikib, bir nəfərsə yerin bir hissəsini alıb ora yaxın olan obyektinin sahəsinə qataraq öz ərazisini genişləndirib. Gəncəyə gedə, o yerə baxa bilmirəm. Ötən 9 ildə şikayət məktubları göndərməyə, məhkəmələrə gedib-gəlməyə çoxlu xərcim çıxıb. Fikirdən, dərddən bir neçə xəstəlik tapmışam. Rusiya mənə iş, çörək, qazanc verdi, ölkəmdə tutub hər şeyimi əlimdən aldılar. Mən Rusiya vətəndaşıyam, 35 il orada yaşamışam. İstədim ki, övladlarım öz vətənlərinə bağlansınlar, ona görə qayıtdım ki, işlərini burda qurub, gələcəklərini burayla bağlasınlar. Öz hökumətim, məmurum əlimdəki varımı-yoxumu tutub alır, ancaq Rusiya dövləti mənə pensiya verir, mən burdakı ailəmi Rusiyadan aldığım pensiya ilə saxlayıram”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər