Zakir Fərəcovun “böyük qayıdış”ı – vacib Sumqayıt missiyası
Bolge
Oxunub: 1 445
5 sen 2015 | 07:16
Zakir Fərəcovun “böyük qayıdış”ı – vacib Sumqayıt missiyası

















Sumqayıtın yeni başçısının dövlət rəhbərliyinin təqdirini qazanması onun vəzifədə irəli çəkilməsinə səbəb olub; gözlər Fərəcovda – bacaracaqmı?

Zakir FərəcovXəbər verdiyimiz kimi, sentyabrın 2-də ölkə prezidenti bir sıra rayon və şəhərlərin icra başçılarını dəyişib. Yeri dəyişdirilən icra başçılarından biri də Abşeron Rayon İH başçısı Zakir Fərəcov olub. Ölkə başçısı Fərəcovu Sumqayıt şəhərinə başçı təyin edib.
Məsələ burasındadır ki, Abşeron ən iri rayonlardan biri olmaqla yanaşı, onun Bakının ətrafında, belə desək, şəhərin böyüyən hissəsində yerləşməsi bu rayonu hər zaman diqqət mərkəzində edib. Ölkə başçısının Zakir Fərəcova daha böyük etimad göstərməsi gözlənilən idi.
Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. O, sumqayıtlıdır. Uzun illər bu şəhərdə yaşayıb işləyib. 1999-2004-cü illərdə isə Sumqayıt bələdiyyəsinin sədri işləyib. Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.
Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb, 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində texnik işləyib. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
Z.Fərəcov Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində baş direktor olarkən ciddi fəaliyyəti ilə seçilib. Onu tanıyanlar şəhər təsərrüfatını çox yaxşı bildiyini deyirlər. Üstəlik, illərin təcrübəsi Z.Fərəcovu yaxşı idarəçi kimi xarakterizə etməyə imkan verir.
Ona görə də, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən az sonra Z.Fərəcovu ən mürəkkəb və dağınıq bir rayona rəhbər təyin etdi. Ekspertlər bildirir ki, 10 il müddətində Z.Fərəcov Abşeronda çox ciddi işlər görüb. O, rayon ərazisini bataqlıqdan, zibillikdən təmizləyib abadlaşdırıb.
Z.Fərəcovu yaxından tanıyan, onunla vaxtı ilə birlikdə işləmiş şəxslərin məlumatına görə, idarəçilik və təsərrüfat işini əla bilməsi onu dövlət rəhbərliyinin gözündə qaldırıb. Xırdalan şəhərinin abadlaşdırılması, oranın prezident tərəfindən şəhər statusu alması ilə nəticələnib. Gerçəkdən də Xırdalan son 10 ildə ciddi şəkildə abadlaşıb.
Z.Fərəcov 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Bizə çatan məlumata görə, Z.Fərəcovun daha yuxarı vəzifəyə irəli çəkilməsində ilk növbədə onun özünün ölkə rəhbərliyi qarşısındakı xidmətləri dayanır. Z.Fərəcov daha az büdcə ilə Xırdalanın abadlaşdırılmasını, infrastrukturun yaxşılaşdırılmasını təmin edib və bu işləri şəhərə səfər edən ölkə başçısının diqqətini çəkib.
Z.Fərəcovun Xırdalanda tikdirdiyi Heydər Əliyev Mərkəzi dövlət rəhbərliyinin çox xoşuna gəlib. Şahidlərin dediyinə görə, prezident İlham Əliyev Xırdalana səfəri zamanı Zakir Fərəcova tikdirdiyi Heydər Əliyev Mərkəzinə görə təşəkkür edib. Dövlət başçısı hamının yanında deyib ki, rayonlarda indiyədək inşa olunan Mərkəzlərin içində ən yaxşısını Z.Fərəcov tikdirib. “Prezidentdən bu təqdiri almaq hər icra başçısına nəsib olmur”- deyə mənbəmiz bildirib.
Sumqayıtın yeni başçısına etimadın daha bir səbəbi onun Xüsusi Dövlət Mühafizə Xidməti rəhbərliyi ilə yaxın olmasıdır. Bizə çatan bilgilərə görə, Fərəcovu XDMX rəhbərliyinə yaxın qohumluq əlaqələri bağlayır. Onun yaxın qohumları bu idarədə çalışır. Məhz bu əlaqələri vasitəsilə Abşeronun keçmiş başçısı ona qarşı hücumlardan qorunub. Bizə çatan bilgilərdə o da iddia olunur ki, vəzifədə irəli çəkilməsində bu amilin də rolu olub.
Sumqayıtda yaşayan, uzun illər bu şəhərdə rəhbər vəzifə tutan bir şəxs müxbirimizə bildirib ki, Zakir Fərəcov Sumqayıtı abadlaşdıracağına, ən əsası, yerli əhalinin illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlərinin həllinə dair dövlət rəhbərliyi qarşısında öhdəlik götürüb. Mənbəmiz iddia edir ki, yeni başçı bu işlərin öhdəsindən gələ biləcək. Onun sözlərinə görə, bu qənaətə gəlməsi üçün ortada nümunə var – Abşeron nümunəsi…
Zakir Fərəcov çox ciddi yükün altına çiyin verib. Öhdəsindən gələ biləcəkmi? Bunu zaman göstərəcək…(musavat.com)
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi