Saatlının təhsil şefinin rüşvət, yalan və dələduzluq macərası – Vətəndaşı aldadıb…
Bolge
Oxunub: 1 288
5 sen 2015 | 07:33
Saatlının təhsil şefinin rüşvət, yalan və dələduzluq macərası – Vətəndaşı aldadıb…

















Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, bu təhsil oliqarxının qanunsuz əməlləri haqda bundan öncə də yazmışdıq. “Saatlının təhsil şefinin şok dosyesi: saxta arayışlar, saxta pul kartı və rüşvət” başlıqlı yazıda Ş.Nurəliyevin saxta arayışlarla banklardan pul çəkmə əməliyyatlarında iştirakından bəhs etmişdik. İndi isə redaksiyamıza daxil olunan ittiham konkret rüşvət və dələduzluq olayı ilə bağlıdır

Saatlı rayon Minbaşı kənd sakini Mirzəyeva Şükufə Nəsşib qızı redaksiyamıza ünvanladığı məktubda Şamil Nurəliyev tərəfindən aldadıldığından və pulunun mənimsənilməsindən bəhs edir. Bildirək ki, şikayətçi vətəndaşın qızı Mirzəyeva Ülviyyə Şirvan şəhərində pedoqoji litseyi bitirib və valideyin övladının işlə təmin olunması üçün 2013-cü ildə Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyevə müraciət edir. Bundan sonra başına gələnlər haqda Ş.Mirzəyeva redaksiyamıza yazır: “Qızımın pedoqoji təhsilinin olduğunu bildirərək Ş.Nurəliyevdən onun Saatlı rayonunda orta məktəblərin birində ibtidai sinif müəlliməsi kimi işə götürülməsini xahiş etdim. O isə mənə bu işin həll oluna biləcəyini, amma ilkin olaraq Ağaxəlil adlı bir şəxslə görüşməyi məsləhət gördü. Mən Ağaxəlillə görüşdüm. O bildirdi ki, “pulsuz heç nə həll olunmur, 2 (iki) min manat ver qızını Minbaşı kənd orta məktəbinə müəllim götürək. Təqaüdçü kimi “Kapital Bank”dan kredit götürüb Ağaxəlilə iki min manat verdim. Amma vaxt keçsə də qızım işə düzəlmədi. Mən hər dəfə təhsil şöbəsinə, Şamil müəllimə üz tutduqda o, “səbrli ol, az vaxtdan sonra qızının işi həll olunacaq”-deyə məni arxayın edirdi. Beləcə bir il keçdi, amma daşdan səs çıxdı ki, Şamil müəllimdən xəbər çıxmadı.”

Şikayətçinin sözlərinə görə Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev ondan iki min manat rüşvət alıb. Amma rayon təhsil şefinin qanunsuzluğu bununla yekunlaşmayıb. Vətəndaşın övladının işi ilə bağlı tələblərini sakitləşdirmək üçün Şamil müəllim dələduzluğa bərabər yalana imza atıb. Bu haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ş.Nurəliyev bu ilin yanvar ayında vətəndaş Ş.Mirzəyevanı yanına çağırıb qızının işə düzəldiyini bildirir və ona pul kartı verib. Təhsil müdiri bildirib ki, “burda bir neçə ayın maaşı – 800 manat var, amma onun yarısını mən götürəcəm”. Əlacsız qalan valideyin övladının işi naminə buna da razılaşır. Amma, sonradan məlum olur ki, Şükufə xanımın qızı ilə bağlı heç bir əmr verilməyib, onun adı heç harda yoxdur, həmin pul kartını isə Ş.Nurəliyev saxta yolla düzəldib.

Bütün bunlar haqda redaksiyamıza üz tutan şikayətçi heç olmazsa pullarının geri qaytarılmasını, qızının dövlət tərəfindən işlə təmin olunmasını istəyir. Bildirək ki, məsələ ilə bağlı Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyevin 055 – xxx- 11-11 mobil telefon nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Amma redaksiya olaraq bu məsələni tam araşdıracaq, vətəndaşın aldadılması, rüşvət alınması ilə bağlı Saatlı rayon prokurorluğuna müraciət edəcəyik.

Şamil Nurəliyevin imza atdığı dıgər qanunsuzluqlar:

Bank əməliyyatları;

Kənd məktəblərindəki “ölü canlar”dan toplanan pullar;

Saatlı rayon icra başçısının humanitar məsələlər üzrə müavini Reyhan Ocaqovanın Balakəndə yaşayıb Saatlıya ayağı dəyməyən qohumu Əzizbəyov adına 2 saylı orta məktəbdə necə təhsil alır?

Bütün bunlar haqda növbəti yazımızda….
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?