27-03-2020, 13:48 Oxunub: 134

Bu gündən Gədəbəyə də giriş dayandırıldı

Bu gündən Gədəbəyə də giriş dayandırıldı


Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Gədəbəy rayonuna maşınların giriş və çıxışı dayandırılıb.
Bu barədə anews.az-a Gədəbəy rayon İcra hakimiyyətindən məlumat verilib.

"Bu gün səhərdən Gədəbəy rayonunun girişində yerləşən Xar-Xar kəndi yaxınlığında post qurulub. Maşınların giriş çıxığı dayandırılıb. Buna səbəb koronavirusa yoluxmanın qarşısını almaqır. O cümlədən Gədəbəy rayonu daxilində nəqliyyat və taksilərin hərəkətinə də məhdudiyyət qoyulub", - deyə Gədəbəy İcra hakimiyyətindən bildirilib.

Rayon ərazisində maska və spirt qıtlığı da yaşanır. Gədəbəy şəhərinin 9 aptekindən müxbirimizə bildiriblər ki, "Avromed" və "Zeytun" şirkətlərinin depoları apteklərin sifarişlərini yerinə yetirmir, bölgəyə maska və spirt göndərilmir.

Etibarlı mənbələrdən alınan məlumata görə, hələlik Gədəbəy ərazisində koronavirusa yoluxma halı qeydə alınmayıb, amma Şəmkir rayonu ərazisində xəstələrin olduğu bildirilir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah hələ məlumat yaymayıb.
Maska və spirt qıtlığı ilə bağlı — RƏSMİ AÇIQLAMA Maska və spirt qıtlığı ilə bağlı — RƏSMİ AÇIQLAMA Sosial Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı Sosial Bu maşınların Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş-çıxışı məhdudlaşdırılır — RƏSMİ Bu maşınların Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş-çıxışı məhdudlaşdırılır — RƏSMİ Sosial Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı Sosial Məktəblərdə şagirdlərə tapşırıq: tibbi maska və spirt… Məktəblərdə şagirdlərə tapşırıq: tibbi maska və spirt… Sosial