"Dəfələrlə icra hakimiyyətinə getsək də, qapıdan içəri buraxmayıblar..." - GİLEY
Bolge
Oxunub: 407
27 mar 2020 | 18:41
"Dəfələrlə icra hakimiyyətinə getsək də, qapıdan içəri buraxmayıblar..." - GİLEY


“7 nəfərlik ailə mənim pensiyamla dolanır. 4 nəvəm var, üçü azyaşlı, biri yeniyetmədir. Başqaları kimi qarındolusu yeyə, gözudolusu geyinə bilmirlər. Adam baxanda ürəyi parça-parça olur”. DİA.AZ bildirir ki, 80 yaşlı Zəhra Əliyeva Saatlı rayonu, Mais Əliyev küçəsinin sakinidir. Həmin ünvandakı birotaqlı evdə oğlu, gəlini və dörd nəvəsi də onunla bərabər yaşayır. Deyir, oğlunun ayaqları tutulandan ailə ehtiyac içindədir, elə gün olur ki, çörək də tapmırlar.

“Oğlum əvvəllər işləyirdi, avtobus sürürdü, yaxşı-pis ailəni dolandırırdı. Sonra ayaqları tutuldu, yeriyə bilmir, əmək fəaliyyəti ilə məşğul olmur. Elə gün olur ki, yeməyə yavan çörək də tapmırıq, axşama kimi birtəhər günü ac qarına yola verib, axşam yatırıq. Ən çox da uşaqlara ürəyim ağrıyır, onların indi yeyib, inkişaf eləyən vaxtlarıdır, ancaq çöhrələri solğun, əlləri ağappaq, buz kimi, qan faizi aşağı, vitamin yox... Hərdən adam fikirləşir ki, Allah bundan betərindən saxlasın, ancaq məncə bu, elə hər şeyin ən betəridir, bundan o tərəfi yoxdur”, - ana deyir.

Zəhra Əliyeva deyir, 7 nəfərin sığındığı o bir otaq da qəzalı vəziyyətdədir, hökumət nümayəndələri dəfələrlə gəlib evi siyahıya alsa da, heç bir nəticəsi olmayıb: “Bu ərazilərdə çoxu evini o vaxtlar palçıqdan tikib. Kür-Araz daşqınları vaxtı sel-su altında qalmasa da, o hadisələrin bizim evlərə də zərəri toxundu, evlər qəzalı vəziyyətə düşdü. Evin divarı ortadan yarılıb. İcra hakimiyyətinin, Fövqəladə Hallar Komisiyyasının üzvləri gəlib bu ərazidəki evlərə baxdılar, dedilər, Prezidentin tapşırığı var, bircə dənə də palçıq ev qalmayacaq, hamısı sökülüb yerində daş evlər tikiləcək. Hətta Bakıdan da gəlib baxmışdılar. Məktub da almışdıq ki, tezliklə ev tikiləcək. Qonşuda iki evi olanın palçıq evini söküb daş ev tikdilər, ancaq biz qaldıq. Kim pul verdisə, gəlib ona daş ev tikdilər, kim pulunu vermədisə, palçıq evdə qaldı”.

Zəhra xanım deyir, palçıq ev həm onun, həm də ailə üzvlərinin səhhətində ciddi problemlər yaradıb: “Ailəlikcə revmatizmadan əziyyət çəkirik, ayaqlarımız ağrayır, nəmişlik canımıza hopub, böyük nəvəmin 18 yaşı olacaq, bu palçıq evdən çıxarıb vətəni qorumağa aparacaqlar. Oğlumun ayaqları tamamilə tutulub, yeriyə bilmir. Uşaqlar ilin çox vaxtını xəstələndikləri üçün evdə qalırlar, məktəbə gedə bilmirlər. Mənim 250 manat pensiyamın çox hissəsi dərmanlarımıza gedir. Sabah başımı yerə qoysam, o pensiya da kəsiləcək, bu tifillərin aqibəti necə olacaq, bilmirəm”.

Zəhra xanımın oğlunun əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur, gəlini isə iş üçün tez-tez dövət qurumlarına üz tutub, ancaq münasib iş tapa bilməyib: “Dəfələrlə icra hakimiyyətinə gedib, başqa idarələrə müraciət edib, ancaq qapıdan içəri buraxmayıblar. Deyirlər, rayonun yarısından çoxu işsizdir, sənə hardan iş verək... Gəlinimə iş verilməsə, vəziyyətimiz bundan da ağır olacaq. Demirik ki, süfrəmizə ciblərindən çörək alıb qoysunlar. Dövlətin bir manatını da istəmirik, iş versin, camaat işləyib, çörəyinin pulunu qazansın, balasını böyütsün”.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM