Kürdəmirin icra başçısıyla bələdiyyə əlbir olaraq... - GİLEY
Bolge
Oxunub: 514
30 mar 2020 | 23:00
Kürdəmirin icra başçısıyla bələdiyyə əlbir olaraq... - GİLEY


“İcra başçısıyla bələdiyyə əlbir olaraq bütün örüş sahələrimizi kənardan gələn sahibkarlara hissə-hissə icarəyə verib. Kəndlilər mal-qarasını otarmağa yer tapmır. Kəndimizdə heyvandarlıq təsərrüfatını göz görə-görə məhv ediblər. İnsanların dolanışığı heyvandarlıqdan çıxırdı, indi hamı heyvanını tövləsində saxlayır. Kasıb kəndli mal-qaraya yem çatdırmır. İcra başçısı deyir, torpaq dövlətindir, kimə istəsə, ona da verər”. DİA.AZ bildirir ki, bunu Kürdəmir rayonunun Xırdapay kəndinin sakinləri deyir.

Xırdapayın 6 mindən çox əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Uzun müddətdir ki, kənddəki örüş sahələri hissə-hissə kəndlilərin əlindən alınaraq başqalarına verilib, beləcə mal-qaranın otlaq yeri günbəgün daralıb. Hazırda isə kənddəki heyvanlara otlamaq üçün sahə qalmayıb.

Kənd sakinləri danışır: “1996-cı ildə pay torpaqları paylananda hər ailədən 3 sot kəsdilər, kənddə 1000 hektar otlaq sahəsi yaratdılar. Ancaq təxminən 10 il olar ki, kəndlilərin ümumi istifadəsində olan həmin otlaq sahəsi hissə-hissə ayrı-ayrı sahibkarlara verilməyə başladı. Bir də baxdıq ki, heyvanlarımızı otarmağa yer qalmayıb. İndi heyvanlar qalıb ortalıqda, bunun heyvanı onun həyətinə girir, onun heyvanı bunun həyətinə... Yem bahadır, kəndlilər ala bilmir. Kənddə xeyli adam özünəməşğulluq proqramına qoşulub, ancaq verilən heyvanları otarmağa nə yer tapırlar, nə də yem almağa pulları var... Camaat öz heyvanını dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb”.

Kənddə problem təkcə örüş sahələriylə bağlı deyil, kənddə natəmizlik, işıq problemi də var. Kəndlilər danışır: “Kəndin ortasıyla çirkab suların axdığı arxlar xəstəlik mənbəyidir. Sizə işıq transformatorunun şəkilini çəkib göndəririk, bu transformator bütün kəndin işıqlandırılmasını təmin etməlidir, ancaq gördüyünüz kimi, köhnə, qəzalı vəziyyətdədir. Bu səbəbdən də tez-tez qısaqapanmalar olur, kənd qaranlığa bürünür”.

Martın 24-də kənd sakinləri növbəti dəfə Kürdəmir Rayon İcra Hakimiyyətinə gediblər ki, dərdlərini desinlər. Ancaq onları qəbul edib dinləyən olmayıb.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi