Ucarın icra başçısı padşahlıq eşqindədir... - NARAZILIQ...
Bolge
Oxunub: 567
31 mar 2020 | 20:52
Ucarın icra başçısı padşahlıq eşqindədir... - NARAZILIQ...


Ötən il dekabrın 19 da Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə ölkə başçısının Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova tutduğu iradları hər kəs yaxşı xatırlayar. Xatırladaq ki, Mənsur Məmmədova olunan iradlar başqa bir neçə İcra Hakimiyyəti başçısına da edilmişdi. İcra Hakimiyyəti başçılarının özbaşına əməlləri barədə Prezident İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman bir daha səsləndirdi: “Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər.” Prezident İlham Əliyev onu da xatırlatdı ki, “hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır.”

Aktualinfo.org-a Ucar rayon sakini müraciət edərək üzləşdiyi problemi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevin diqqətinə çatdırmaq istəyini bildirir və rayonda baş verən özbaşınalıqların ictimailəşdirilməsini,aidiyyatı qurumların tədbir görməsini istəyir. Rayon sakini Həmidov Sərdar Akif oğlunun sözlərinə görə Ucar rayonun Müsüslü kəndində, dördyol deyilən ərazidə bu yaxınlarında avtomobil təmiri sexi və avtoyuma məntəqəsi açıb. Lakin, üstündən bir müddət keçdikdən sonra həmin ərazidə kafe,avtoservis işlədən Saleh,Namiq,Müsəllif Yusifov qardaşları heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayıblar.Bir neçə gün əvvəl,10 mart 2020 ci ildə isə qardaşlar vətəndaşa hücum edərək döymək istəyiblər. Sərdar Həmidov deyir ki,həmin gün saat 17.00 radələrində DİN 102 xidmətinə zəng etdikdən sonra Ucar rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldilər,izahatımı aldıqdan sonra tədbir görəcəklərini bildirib getdilər.Artıq bir ay keçməsinə baxmayaraq şikəyətinə baxılmadığını bildirən vətəndaşın sözlərinə görə bu hadisədən sonra qardaşlar daha da aqressivləşib, onu işləməyə qoymurlar. Sərdar Həmidovun sözlərinə görə adıçəkilən qardaşlar hər ay İcra Hakimiyyətində çalışanlara pul verirlər.Onlar işlətdikləri obyektə qanunsuz benzin və dizel yanacağı sataraq yaxşı pul qazanırlar. Bunu da orada hamı çox yaxşı bilir.Sakınlər arasında deyilənlərə görə bu qardaşların arxasında yüksək vəzifəli məmur dayanır və hər cürə özbaşınalıq etməklərinə şərait yaradır.

Xatırladaq ki, uzun illərdir müxtəlif rayonlarda İcra Hakimiyyəti orqanlarına rəhbərlik etmiş Mənsur Məmmədovun Ucarda nə kimi işlər çevirməsi barədə Aktualinfo.org-da və dövrü mətbuatda çox yazılıb. Ölkə başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı çağırışlara baxmayaraq, Ucarda nə hüquq mühafizə orqanları,nə də diğər səlahiyyətli qurumlar vətəndaşı birbaşa ölkənin Prezidentinə müraciət etməyə vadar edir. Elə bu rayondan olunan mütəmadı şikayətlər də,Ucarda idarəetmənin heç də günün tələbləri səviyyəsində qurulmadığından xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi, görünür ətrafda baş verənlər Mənsur Məmmədova hələ dərs olmayıb.

Mövzu diqqətimizdədir və yenə qayıdacağıq. Əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...