Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY
Bolge
Oxunub: 483
2 apr 2020 | 22:00
Kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın... - GİLEY


Rayonun Bağman kənd sakinləri örüş sahələrinin qanunsuz olaraq kənar şəxslərə icarəyə verildiyi bildirilir...

Kənd sakinləri şikayət məktubunda yazır:

Hörmətli “Təzadlar”!
Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Kürdəmir rayon İcra hakmiyyəti başçısı Ceyhun Cəfərovun qanunsuz əməlləri nəticəsində Bağman kəndinə məxsus 285 hektar örüş sahələri qanunsuz olaraq uzun müddətli icarəyə verilmiş və həmin şəxslər örüş torpaqlarını qanunsuz olaraq əkmişlər. Nəticədə də kənd saknləri heyvanlarını otarması üçün örüşsüz qalıblar. Bu isə bir kəndin əhalisinin məhv olması deməkdir. Belə ki, aqrar islahat zamanı kənd sakinlərinə pay torpaqları verildi, 285 hektar ümumi örüş sahəsi ayrıldı, 16 hektar perespektiv inkişaf üçün torpaq sahəsi ayrıldı, 56 hektar isə yararsız hesab edildi.
Hazırda həmin 285 hektar örüş torpaq sahəsi Bağman bələdiyyəsinin keçmiş sədri Vidadi Pirişov tərəfindən ailə üzvülərinə və yaxın qohumlarına uzun müddətli icarəyə verilmişdir və həmin şəxslər isə təyinat dəyişdirilmədən həmin torpaqları əkiblər. Bu isə “Torpaq Məcəlləsi”nə görə cinayət əməli hesab edilir. Bağman bələdiyyəsinin sabiq sədri Vidadi Pirişov bu cinayəti icra başçısı Ceyhun Cəfərovun razılığı ilə etmişdir. Diqqət edin 285 hektar örüş sahəsinin çox hissəsini öz ailə üzvlərinə və yaxın qohumlarına icarəyə verib: qardaşı Natiq Pirişova 8 hektar, qardaşı Qədir Pirişova 14 hektar, qardaşı Abbas Prişova 17 hektar, əmisi Vahid Pirişova 4 hektar, əmisi oğlu Əlizadə Pirişova 12 hektar, əmisi oğlu Aqil Prişova 4 hektar, əmisi oğlu Zülfüqar Prişova 6 hektar, oğlu Sərvər Prişova 10 hektar, qardaşı Rafiq Prişova 40 hektar!
Həmçinin digər şəxslər Saleh Qasımova 10 hektar, Ənvər Əmrahova 5 hektar, Eminəxatun Dadaşovaya 55 hektar örüş torpaqlarını uzun müddətli icarəyə vermişdir.
Vidadi Prişov bu cinayəti tək icra başçısı Ceyhun Cəfərovla əlbir olub etməmişdir. Ona bu cinayətin saxta sənədlərlə leqallaşdırılmasında 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımov köməklik etmişdir. 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimov niyə bu cür qanunsuzluğa imza atmışdır? Hansı ki, ümumi istifadədə olan kəndin örüş torpaqlarının hərraca çıxarılıb icarəyə verilməsi və örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir. Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.
3 nəfər vəzifəli şəxsin əlbir olub törətdikləri cinayət əməli nəticəsində Bağman kənd saknləri aclıq- yoxsulluq içində yaşamağa məhkum olublar. Çünki Bağman kənd sakinlərinin əsas qazancı heyvandarlıqdır. Örüş yeri olmayanda isə kənd sakinləri çıxılmaz vəziyyətlə üzləşir, mal-qarasını məhv etməlidir. Bizə qarşı edilən bu qanunsuz əməl barədə kənd sakinləri birlikdə İcra başçısına, bəzi dövlət orqanlarına əyani şikayətlər etmişik. Prezident Administrasiyasında, Ədliyyə Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində, Göyçay Regional Ədliyyə İdarəsində və Kürdəmir rayon icra hakimiyyətində bizi qəbul edib dinləyən vəzifəli şəxslər məsələni araşdırıb problemi tez bir zamanda həll edəcəklərinə söz versələr də indiyə qədər heç bir tədbir görülməyib. Çünki bu qanunsuzluğun başında birbaşa həmin məmurlar və icra başçısı Ceyhun Cəfərov dayanıb. Ceyhun Cəfərov həmin icra başçısıdır ki, həyətində işlətdiyi fəhlə faciəli şəkildə ölsə də buna görə ona gözün üstə qaşın var deyən olmadı. Bir neçə gün əvvəl su probleminin həll edilməməsinə etiraz edən Ucar rayonu Bərgüşad kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladıqdan sonra məsələ həllin tapdı, problem aradan qaldırıldı. Etirazçılar yolu bağlayan kimi rayonun icra başçısı şəxsən ora gəlib söz verdi. İndi bizim də bir əlacımız qalıb ki, kəndimizdən 12 km aralıda olan Bakı-Qazax yolunu bağlayıb etiraz edib səsimizi prezidentə çatdıraq. Çünki artıq bışaq sümüyə dirənib, aclıqdan məhv olmaq üzrəyik.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik komissiya yaradılıb Kürdəmir rayonunun Bağman kəndinə göndərilsin, gəlib icra başçısı Ceyhun Cəfərovun, keçmiş bələdiyyə sədri Vidadi Prişovun və 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimovun əlbir olub törətdikləri qanunsuzluqlar araşdırılsın. Onların barələrində ciddi tədbirlər görsünlər, kəndin örüş torpaqları alınıb kəndlilərə qaytarılsın.

İmza;
Kürdəmir rayonunun Bağman
kənd sakinləri:
Balakişiyev Rüstəm Saməli oğlu (051) 543-60-28
Əliyev Nüsrət Əlibala oğlu (050) 549-22-60
Dəmirov Habil Cəfər oğlu (050) 524-02-17
Balakişiyev Hikmət Xanlar oğlu
Balakişiyeva Leyla Səfər qızı
Balakişiyev Xanlar Məhərrəm oğlu
Əliyev Alim Ağaəli oğlu
Balakişiyeva Nazxanım Mahmud qızı
Balakişiyev Saməli Əhməd oğlu
Həsənov Əli Babaxəlil oğlu
Balakişiyev Əminə Saleh qızı
Balakişiyev Yalçın Əhməd oğlu
Balakişiyeva Narınc Şəmi qızı
Əliyev Allahverdi Maqsud oğlu
Dəmirov Niyaməddin Ağakişi oğlu
Dəmirov İdiris Cəfər oğlu
Dəmirova Sevda Cəfər qızı
Dəmirova Qumru Əliməhəmməd qızı və başqaları. //tezadlar.az//
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub