Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC
Bolge
Oxunub: 528
6 apr 2020 | 23:39
Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC


Ötən gün Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovun facebook səhifəsində paylaşdığı bir statusu saytımızda dərc etməyimiz rayonda ciddi rezonansa səbəb olub.
Xatırladaq ki, həmin statusunda iş adamı rayon Şəmkir İcra Başçısına Koronavirusa Qarşı Mübarizə Fonduna yardım etmək təklifində bulunmuş və ediləcək yardımın mənbəyini də göstərmişdi:

Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC


“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmagı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.

Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC


Təklif saytımızda yayımlanandan bir gün sonra, yəni bu gün rayondan adını açıqlamayan və özünü iş adamı kimi təqdim edən bir vətəndaş telefon açaraq iddialarla razılaşmadığını dedi və Ovqat.com-u yanlış məlumat yaymaqda günahlandırdı. Biz də öz növbəmizdə iddiaların bizə aid olmadığını, rayonu çox adamdan, bəlkə hətta Alimpaşa Məmmədovdan da yaxşı tanıyan Hafiz İbrahimov tərəfindən irəli sürüldüyünü, İcra Başçısının da cavab haqqı olduğunu xatırlatdıq və ona bu fürsəti tanıdığımızı bildirdik.

Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC


İş adamı sonunda bizimlə razılaşdı ki, Hafiz İbrahimovun dilə gətirdiyi faktların nə qədər doğru olub-olmadığına biz qəra verə bilərik; faktı araşdırmaq hüquq mühafizə orqanlarının işidir. Bununla belə, onun fikrincə, Hafiz müəllimin təklifində yüz faiz məntiqi xətalar var. Əsas xəta isə bundan ibarətdir ki, adətən təbii fəlakətlərlə bağlı yardım fondlarına ödənişlər halal zəhmətlə qazanılan gəlirlərdən edilir: "Məhz buna görə də iri məmurlar tərəfindən fonda bütün yardımlar maaşlardan keçirilib. Çünki biz inanclı toplumuq və haramdan yardımların düşüb-düşməyəcəyini bilmirik".
Yəni iş adamının sözündən belə çıxdı ki, Alimpaşa qaş düzəltmək əvəzinə vurub göz çıxarmamaq xətrinə Hafiz İbrahimovun dediyi mənbələrdən fonda yardım keçirmir. Hafiz İbrahimov isə İcra başçısından bunu istəyir: “Bəlkə onun koronavirusdan əziyyət çəkənlərlə qəsdi-qərəzçiliyi var. Siz niyə onun təxribat xarakterli yazısını dərc edirsiniz. Utanmırsınız?!”

Alimpaşa Məmmədov yardım edə bilərmi? - İLGİNC


Doğrusu, iş adamının bu fikirləri bizi əməlli-başlı xəcalət tərində boğdu və özümüzdən gələndən sonra xeyli düşündürməyə vadar etdi. Axı, necə olur, haram pulla həccə gedib hacılıq ünvanı qazanmağın düşər-düşməzliyi olmur, amma söhbət kiməsə yardımdan gedəndə bu, düşər-düşməz məsələsinə çevrilir?
İstərdik ki, təkcə Şəmkir camaatını deyil, bütün iri məmurları düşündürən bu suala hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cavab versin. Şayət bu qəliz sualın cavabını özü bilməsə (daha keçib, özündən müştəbehlik zamanı deyil), hər halda zəng vurub Bakıdakı İran səfirliyində hesabat verdiyi Həsən Ruhani həzrətlərindən soruşa bilər. Cənab Şeyx unutmasın ki, iri məmurların çoxu onun fitvasını gözləyir. Ölkəmizdə Ziya Məmmədov kimi bir çox milyarder köhnə və təzə məmurlar var ki, sırf bu suala cavab tapa bilmədiklərindən oğulları ilə bərabər məlum fonda cəmi 5 min manat halal maaşlarını ödəyiblər. Şeyx həzrətləri bir “hə” desə, təbii ki, yardımların ardı-arası kəsilməz.
Beləliklə, cənab Şeyx, buyurun, bu suala Siz aydınlıq gətirin: Haram pulla yardım etmək olar, olmaz? //ovqat.com//
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ