Vilyam Hacıyevin yeni kələyi – icra başçısı İmişliyə deputat “seçir”
Bolge
Oxunub: 1 229
14 sen 2015 | 07:39
Vilyam Hacıyevin yeni kələyi – icra başçısı İmişliyə deputat “seçir”
















Rayon rəhbəri iş adamına olan borcunu manadla bağlamaq istəyir

Noyabrın 1- də keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədlər siyahısını açıqlamadığından müəyyən çaşqınlıq və gərginlik hiss olunmaqdadır. Xüsusən bu gərginlik regionlarda daha qabarıq şəkildə özünü biruzə verir. Digər tərəfdən YAP- ın süstlüyündən istifadə edən bəzi məmurlar öz siyahılarını hazırlayır. “Siyahı hazırlama” prosesi o qədər surətlər gedir ki, bu yarışa hətta kiçik məmurlar, rayon icra başçıları da qoşulub. Təbii ki, onların bir məqsədi var- öz mövqelərini qorumaq və maliyyə imkanlarını genişləndirmək…
Əldə etdiyimiz məlumata görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rəhbərlik etdiyi rayonun deputatını artıq “müəyyənləşdirib”. Bununla bağlı rayondakı mənbənin redaksiyamıza verdiyi məlumata görə həmin deputat İmişli RİH başçısının keçmiş müavini, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı Saleh Səmədovdur. Saleh Səmədov rayonda geniş imkanlara malik şəxs kimi tanınır. O, bir neçə iri ticarət mərkəzinin və şadlıq saraylarının rəhbəridir, eyni zamanda “sok zavod”- un direktoru kimi tanınır.
Mənbənin redaksiyamıza verdiyi məlumata görə Vilyam Hacıyevin Saleh Səmədovu ciddi- cəhdlə deputat “seçməsi”- nin səbəbi onun iş adamının puluna aşıq olması və həm də ona borclu olması ilə bağlıdır. Verilən məlumatda qeyd olunur ki, hazırki başçı- V. Hacıyevin iş adamına 700. 000 (yeddi yüz min- red.) manatdan artıq borcu var. O bu borcunu Saleh Səmədovu deputat seçdirməklə bağlamaq istəyir. Hazırda Hacıyev arzusunu reallaşdırmaq məqsədi ilə yuxarıların razılığını almaq üçün ciddi- cəhdlə çalışır.
Mənbəmizin məlumatına görə İmişlidən hazırkı deputat olan Əsabəli Qasımov etimadı doğrultmadığı üçün bu dəfə onun namizədliyi YAP tərəfindən irəli sürülməyəcək.

Mövzunu diqqətdə saxlayacayıq.

P. S. Adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO