Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Bolge
Oxunub: 457
15 apr 2020 | 19:02
Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərovla birgə aztəminatlı ailələr və tənha ahıl şəxslərin evlərinə baş çəkib. Xəbər verdiyimiz kimi, Gəncədə sözügedən şəxslərə yardım aksiyası həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiyada Niyazi Bayramov və Gəncədən olan Millət vəkilləri də yaxından iştirak edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov tənha ahıl şəxslərin, habelə yaşayış gəlirləri aşağı olan ailələrin evlərində olub, onların sosial problemləri ilə maraqlanıblar. Sözügedən şəxslərlə profilaktik söhbət aparılıb, onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha xatırladılıb. Həmçinin bildirilib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Sözsüz ki, dövlətimiz tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Bu işdə yerli icra orqanları, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də var gücü ilə çalışır.

Aztəminatlı ailələr və tənha ahıl şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti adından ərzaq yardımı da edilib.

Qeyd edək ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir.

Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb. İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir. Tibbi maskaların istehsalı üçün lazım olan xammal isə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev tərəfindən təmin olunur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Pərvin Kərimzadə “Qızıl Əllər” MMC-yə baş çəkib, tibbi maskaların istehsal prosesi ilə tanış olublar. “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirib ki, əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-a yaxın işçi cəlb edilib. Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Niyazi Bayramov öz köməyini əsirgəməyərək istehsal prosesində yaxından iştirak edən dərzi xanımlara minnətdarlığını bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar göz qabağındadır. Bu istiqamətdə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının üzərinə düşən isə dövlət başçımızın tələb və tövsiyyələrinə əməl etmək, koronavirusa qarşı mübarizədə birlik olmaqdır.

Tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.

İcra başçısı tənha ahıl şəxslərərə və aztəminatlı ailələrə ərzaq yardımı edib

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da yaxından iştirak edir.

Niyazi Bayramov şəhər sakini Təranə Əhmədovanın ailəsinə baş çəkib. Ailə gəlirləri aşağı olan və İki övladı ilə tək yaşayan qadına ərzaq yardımı edilib. Şəhər rəhbəri həmçinin Təranə Əhmədova və onun övladları ilə profilaktik söhbət aparıb, ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladıb. Təranə Əhmədova göstərilən diqqətə görə minnətdarlığıı bildirib.

Niyazi Bayramov 75 yaşlı şəhər sakini Gülnaz İbrahimovanın da evinə baş çəkib. Tənha yaşayan qadına ərzaq yardımı edilib, onunla maarifləndirici söhbət aparılıb. Şəhər rəhbəri bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusla Mübarizə Mərkəzi yaradılıb. Ehtiyac yaranarsa Mərkəzin Qaynar xətti ilə də əlaqə saxlamaq mümkündür. Gülnaz İbrahimova isə öz növbəsində göstərilən qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib.

Xatırladaq ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 150-yə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.

Gəncədə çoxmənzilli binalar təkrar dezinfeksiya olunurlar

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Koronavirusla əlaqədar olaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiyası aparılır. Son günlər ərzində 100-ə yaxın binada virus əlehinə tədbirlər görülüb.

Çoxmərtəbəli yaşayış binalarının təkrar dizinfeksiya işləri Mənzil İstismar Sahələri, habelə Gəncə Şəhər Dizinfeksiya Stansiyasının 4 birqadası tərəfindən həyata keçirilir. Binalarının ətrafı, bloklar, piləkənlər, eləcə də lift və qapıların girişləri çiləyici aparatlarının köməyi ilə xüsusi məhlullarla dizinfeksiya olunur.

İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi də cəlb edilib.

Dezinfeksiya işləri Gəncənin Şıxzamanlı qəsəbəsi, Yeni Gəncə, Gülüstan, Bağbanlar və Mahrasa bağı yaşayış massivləri, habelə Heydər Əliyev prospekti və Dədə Qorqud küçələrindəki çoxmənzilli binaları əhatə edib.

Dezinfeksiya işləri ilə yanaşı Gəncənin Mənzil İstismar Sahələrinin işçiləri mütamadi olaraq ərazi üzrə sakinlərlə maarifləndirici söhbətlər aparırlar, karantin qaydalarına riayət edilməsinin vacibliyini izah edirlər.

Gəncənin küçə və prospektləri də dezinfeksiya olunur. Şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai, Atatürk və Nizami Gəncəvi prospektləri, habelə Gəncəvi, Bayan, Təbriz, Çarıxçılar və bir sıra başqa küçələrində xüsusi texnikalar vasitəsilə dezinfeksiya işləri aparılıb.

İşlər gündəlik olaraq həyata keçirilir.

Gəncə şəhər İcra Hakimiyyəti təşəbbüsü ilə hazırlanmış sosial çarx



Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə sahibkarlar da qoşulublar

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə həyata keçirilən aksiyaya iş adamları və sahibkarlar da qoşulublar.
İş adamı Zəfər Məmmədov tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkib. Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı edilib, onlarla profilaktik söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatıdırılıb. Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 100-dən artıq aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımı davam edir

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə yardım edilib. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələri nəzərə alınaraq həyata keçirilib. Aksiyadan aztəminatlı ailələr də faydalanıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Onlar Böyük Vətən Müharibəsi iştirakçıları 98 yaşlı Tofiq Hüseynov və 96 yaşlı Bəylər Verdiyevin evdində olublar. Onlarla maarifləndirici söhbət aparan şəhər icra hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını bir daha xatırladıb, bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatıdırıblar. Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

Tək yaşamasına baxmayaraq hərtəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Tofiq Hüseynov, göstərilən diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib. 98 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı əhalini xüsusi karantin rejimi qaydalarına əməl etməyə və evdə qalmağa çağırıb.

I qrup əlil olan Bəylər Verdiyev də öz növbəsində verilən dəyərə görə təşəkkürünü ifadə edib. O qeyd edib ki, bu gün Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Vətəndaşlar da öz növbələrində daha məsuliyyətli olmalı, xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 110-na yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub