Ucarın icra başçısı nə işlə məşğuldur ki? - GİLEY
Bolge
Oxunub: 350
23 apr 2020 | 21:19
Ucarın icra başçısı nə işlə məşğuldur ki? - GİLEY


Ucarın Bağman-Bərgüşad kəndində yaşayan Xədicə, Rəfiqə və Fatma bacılarına kömək lazımdır. “Aradabir qonşular 1-2 manat nəzir eləyir bizə, çörək alırıq, şəkər tozu alırıq... O da həmişə olmur. Dediyim kimi, aradabir olur”.

DİA.AZ bildirir ki, Ucarın Bağman-Bərgüşad kəndində üç bacı yaşayır – Xədicə, Rəfiqə, Fatma Novruzovalar... Xədicə xanımın 57, Rəfiqə xanımın 61, Fatma xanımın 53 yaşı var. Ötən il yerli KİV bu qadınların probelmlərini işıqlandırıb. Ancaq həmin problemlər hələ də həllini tapmayıb.

Bacılar yenidən mətbuata üz tutublar. Xədicə Novruzova danışır ki, xəstə olduqlarına görə heç biri işləmir. Ailənin durumu ürəkaçan deyil: “Heç birimiz ailə qurmamışıq. Qismət Allahdandır. Neynək, indi bizim də bəxtimizə, taleyimizə belə yazıldı. Heç kimimiz, kimsəmiz yoxdur. Üç bacıyıq, birimiz yıxılanda o birimiz əlindən tutub qaldırırıq. Bacılarım kənddə, yaxınlıqda uzun müddət iş soraqlayıb, tapmayıblar. Həmişə belə kasıb olmuşuq, ancaq aclığa dözmüşük. İndi yaş o yaş deyil ki, aclığa qalib gələk, günbəgün taqətdən düşürük”.

Xədicə xanım deyir, bacıları olmasaydı, çoxdan həyatla vidalaşmışdı: “Dediyim kimi, 10 ildir yataq xəstəsiyəm, bacılarım baxır mənə... Allah bu bacıları mənə çox görməsin. Onlar olmasa, hərəkət edə bilmərəm. Ancaq yaş ötdükcə, onlar da sağlamlıqlarını itirirlər. Hamısı nədəndir, qızım, bilirsən? Ət, yağ, meyvə yeyə bilmirik... Daha doğrusu, alıb yeməyə pulumuz yoxdur”.

Bacılar arasında yalnız Xədicə xanım xəstəliyə görə 230 manat məbləğində pensiya alır. Digər bacıların yaşı pensiyaya düşmür. 61 yaşlı Rəfiqə xanımın da ayaqları sözünə baxmır. Xədicə xanım deyir, bacısının ayaqları tez-tez şişir və hərəkət edə bilmir. Hazırkı karantin rejimində isə bacıların vəziyyəti daha da ağırlaşıb. Səbəbindən Xədicə xanım danışır: “Ona görə ki, hərənin başı özünə qarışıb, əvvəl qonşular çörək pulu verirdi, indi özlərinə çörək almağa pul tapmırlar. Pensiyamın çox hissəsi yenə dərmanlarıma, bir hissəsi də kommunala xərcləndi. Qonşunun uşağı bacılarımdan biri üçün 190 manata görə lazım olan yerə yazıb göndərdi, heç ona da cavab gəlmədi. Əlimizi o puldan da üzdük. Vallah, stəkana atmağa qəndimiz, tikələyib yeməyə yavan çörəyimiz yoxdu...”

Bacıların yaşadıqları dədə-baba evi də qəzalı olub, kimsə öz üzərinə çəkərək əsas otağı yaxşı-pis düzəldib...

Ucarın icra başçısı nə işlə məşğuldur ki? - GİLEYUcarın icra başçısı nə işlə məşğuldur ki? - GİLEY
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR