Lerikdə narazılığı kimlər yaradır? - GİLEY
Bolge
Oxunub: 356
29 apr 2020 | 22:21
Lerikdə narazılığı kimlər yaradır? - GİLEY


"Ötən ilin oktyabrında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçirdilər, aktlaşdırdılar, bir əlaqə nömrəsi verdilər ki, həmin nömrəylə əlaqə saxlayaq. O gün – bu gün, nə gələn var, nə gedən, verdikləri nömrəyə də 6 aydır ki, zəng çatmır”. DİA.AZ-ın məlumatına görə, Lerik rayonunun Tikəband kənd sakini Rövşən Cahangirov danışır ki, yaşadıqları ev 21 ildir ki, qəzalı vəziyyətdədir.

Dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, faydası olmayıb. 9 nəfərlik ailə də canını dişinə tutub, qəzalı evdə yaşamağa davam edir.

"Bu ev ilk dəfə 1999-cu ildə zəlzələdən zərər çəkdi. Həmin il mən hərbi xidmətə yollandım, növbəti ildə atam dünyasını dəyişdi. Mən hərbi xidmətdən qayıtdıqdan sonra evimizin təmir-bərpasına pul ayrılıb-ayrılmadığını dəqiqləşdirə bilmədim. Bircə onu bilirəm ki, 1999-cu ildə zəlzələ olanda evi qəzalı vəziyyətə düşənlərə çadır vermişdilər, ailələr çadırlara yelşəşmişdilər. Bizim də ailəmizə çadır verilmişdi və bir müddət çadırda yaşamışıq. Sonra soyuqlar düşdü, ev də tikilmədi deyə, məcbur qalıb qəzalı evə təzədən yerləşdik. Sonradansa bildim ki, çadıra köçürülənlərə təzə ev tikilib, mənə dedilər ki, sən hərbi xidmətdə oldun, atan vəfat etdi, məmurlar da fürsət bilib, sizin üçün ev tikintisinə ayrılmış pulu mənimsəyib. Sonrakı zəlzələlər, yağıntılar evi hər dəfə daha da bərbad vəziyyətə saldı”.

Ev sahibinin sözlərinə görə, 1947-ci ildə tikilmiş və dəfələrlə təbii fəlakətlərdən qəzaya uğrayan ev 2018-ci ildə Lənkəranda baş vermiş zəlzələdən tamamilə yararsız vəziyyətə düşüb: "2018-ci ilin avqustunda bizdən təxminən 20-30 kilometr aralıda – Lənkəran ərazisində baş verən zəlzələnin dalğası kəndimizə də çatdı. Qəzalı evləri bir az da silkələdi. Həmin gecəni çöldə qaldıq. Yenə aidiyyəti qurumlara müraciət etdik, səsimiz heç yerə çatmadı və bu dəfə də ailəlikcə qəzalı evə girməli olduq. 21 illik müraciətlərdən sonra nəhayət, keçən ilin oktyabrında Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib baxdılar, dedilər, bu ev təhlükəlidir, yaşamaq olmaz. Ailəmizin altı üzvü azyaşlıdır. Onlardan 5-i məktəblidir. Təhlükəli dedikləri evdə 6 uşaq yatıb-durur. Yağış yağan kimi evə su dolur. Evin özülü dağılıb deyə, yüngülcə bir silkələnmə də təsirini göstərir, evi uçmaq vəziyyətinə çatdırır. Bu ev dağılsa, altı uşaq daş-kəsək altında qalacaq”.

Şikayətçinin deməsinə görə, bir də kəndə hər dəfə deputat seçkiləri ərəfəsində namizədlər gəlir, qəzalı evlərlə maraqlanır, "mən deputat seçilsəm” deyib, vədlər və il uzunu zənglərə qapalı olan bir əlaqə nömrəsi verib, gedirlər.

Lerikdə narazılığı kimlər yaradır? - GİLEYLerikdə narazılığı kimlər yaradır? - GİLEYLerikdə narazılığı kimlər yaradır? - GİLEYLerikdə narazılığı kimlər yaradır? - GİLEYLerikdə narazılığı kimlər yaradır? - GİLEY
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO