“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
Bolge
Oxunub: 354
30 apr 2020 | 19:23
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu


Yararsız torpaq, imkansızlıq və bir ailənin çətin durumu. Söhbət Kürdəmirin Atakişili kəndində yaşayan Qəhrəmanovlar ailəsindən gedir.

APA TV-nin yerli bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Yaşar Qəhrəmanov həyat yoldaşı Telli xanımla birgə uzun illərdir ki, bu bir otaqlı evdə çox çətin vəziyyətdə yaşayır: “Problemim çox pisdir, acınacaqlı vəziyyətdir, bir çəkmə evim var, dolanışığım da göz qabağındadır”.

Ailə bu vaxta qədər əkin-biçinlə məşğul olaraq dolanıb. Amma indi torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır: “Həyətdə göy-göyərti ilə məşğuluq. (00:34-54) 1997-ci ildə, kolxoz dağılandan sonra işləməmişəm. Dövlətdən köməklik istəyirəm, bizə köməklik eləsin”.

Telli Qəhrəmanovanın dediyinə görə, evdəki elektrik cihazlarını və digər əşyaları yaxın qonşuları onlara pay verib. Kəndə təbii qaz çəkiləndə, imkansızlıq ucbatından onların evi bu şansdan da məhrum qalıb. Xüsusi karantin rejimində imkansız ailələrə ayrılan 190 manat birdəfəlik yardımı isə torpaqları olduğu üçün ala bilmirlər: “Müraciət eləmişik, bizə də deyirlər, düşmür. Guya torpağımız var. Biz nə ilə dolanaq? Xahiş edirəm, bizə kömək eləmənizi istəyirəm. (00:37-58) İndiyə kimi elə, xəstəxanalarda qalmışam. Qazancım yox, qıçım qırılıb, qalmışam xəstəxanalarda, heç nəyim yox, heç nə gətirənim yox, kömək eləyənim yox, uşağım yox, mənə kim kömək edəcək? Hamamım yox, ayaqyolum yox, heç nə şəraitim yox, sizdən mənə kömək eləməyinizi istəyirəm”

İndi Qəhrəmanovların ümidi yalnız xeyirxah insanlara qalıb. Ümid edirik, mövcud karantin müddətində, şəraitsizlikdən əziyyət çəkən bu ailə gözlədiyi yardımı ancaq qonşularından almayacaq...

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi