Əhmədzadənin işçilərindən Ağstafada varlı-kasıb ayrıseçkiliyi... - "Budur fermerə, kəndliyə qayğı?"
Bolge
Oxunub: 359
1 may 2020 | 19:46
Əhmədzadənin işçilərindən Ağstafada varlı-kasıb ayrıseçkiliyi... - "Budur fermerə, kəndliyə qayğı?"


“İki il əvvəl mətbuata şikayət etdik, su problemimiz işıqlandırıldı, həllini tapdı. Bu il yenə susuz qalmışıq. Yenə yonca sahələrimiz yanır. Rayondakı Suvarma İdarəsi mənim sahəmin yanıından keçir, aralarında 20 metr məsafə yoxdur, su o kanaldan yönləndirilir, mənim sahəmdən o tərəfə əkilmiş hansısa varlının ağacları, yoncası suvarılır, bimirəm”. DİA.AZ-ın məlumatına görə, Ağstafanın Xətai kənd sakini İlqar Mustafayev belə deyir.

İlqar Mustafayev bildirir ki, illərdir kənddə suvarma problemi var. Daha doğrusu, kənddə suvarma üçün su var, ancaq gəlib sadə kəndlinin əkin sahəsinə çatmır. Səbəb imkanlı şəxslərin Suvarma İdarəsinə görüm-baxım edib, suyun səmtini öz sahələrinə yönləndirmələridir. Onun deməsinə görə, 2018-ci ilin avqustunda kənd sakinləri mətbuata şikayət etdikdən sonra problem həllini tapıbmış. Ancaq bir müddətdir ki, sadə kəndlilərin əkin sahələri yenə susuz qalıb: “Bununla neçənci dəfədir ki, əkdiyim yonca gözümün qarşısında məhv olur, 1 aydır yenə suyu kəsiblər deyə, sahədə quruma prosesi gedir. Kanaldan bir az kənardakı ağaclıq, ondan o tərəfə də taxıl sahəsi var. Bu sahələr əvvəllər Su İdarəsində işləmiş, indi də idarə ilə möhkəm bağları olan Ələsgər adlı şəxsə məxsusdur. Kanalın suyu həmin ağaclığa və taxıl sahəsinə axıdılır. Kanala tərəf gələndə mənim yonca sahəmdir, günbəgün quruyub əldən gedir”.

İlqar Mustafayev deyir, 5 hektar ərazidə əkdiyi yonca ilə həm heyvanlarını saxlayır: “Yonca presinin biri 7 manatdır, mal-qaraya alıb çatdırmaq olmur. Varlı taxıl əkib satır, biz də yonca əkib həm heyvanlarımıza yem tədarükü görürük, həm də satıb ailəmizi dolandırırıq. Ölkənin başçısı məmura tapşırır ki, kəndliyə şərait yarat, inəyini saxlasın, qoyununu otarsın, taxlını, yoncasını əksin. Məmurlarsa acgözlük edir, istəyirlər ki, hər şey onlara qalsın, taxıl da, yonca da, su da, torpaq da, heyvan da.... Əkin vaxtı çatır, texnika, gübrə, su eyni adamlara verilir, suvarma vaxtı çatır, kanalın suyu eyni adamların sahəsinə axıdılır, biçin vaxtı çatır, texnika eyni adamların sahəsində çalışır. Bizim kimi kasıblar da acından qırılır. Sonra da deyirlər, torpağın var, ünvanlı sosial yardım düşmür, torpağın var, 190 manat düşmür... 5-10 sot torpağı atıblar kəndlinin qabağına ki, dövlətdən heç nə istəməsin, imtina eləmək üçün əllərində bəhanə olsun. Kəndli torpaq yeyib dolanası deyil ki... Su versin, texnika versin, bərabər imkanlar yaratsın, kəndli də ac qalmasın. Mənim bu il də sahədən yonca götürə bilməməyim bu il də ailəlikcə çörəksiz qalmağım deməkdir. O yonca olmasa, heyvandarlıqla da məşğul ola bilməyəcəm, heyvanlarımı dəyər-dəyməzinə satmalı olacam ki, acından ölməsinlər. Budur fermerə, kəndliyə qayğı?”

İlqar Mustafayev hər gün yonca sahəsi ilə 10-15 metr aralıdakı su kanalının arasında vurnuxur. Bir gözü su kanalından varlıların torpaqlarına axıb gedən suda, bir gözü günbəgün tələf olan yoncada qalıb. Çarə tapmır ki, tapmır... Deyir, kənddə əkin sahəsi məhv olan təkcə o deyil, xeyli əkinçi əlini hektarlarla sahədən üzüb. Taxılı, tərəvəzi yanan kim, heyvanları yemsiz, susuz qalan kim...
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...