Vicdanı ağrıyacaq növbəti icra başçısı kimi olacaq? - İDDİA
Bolge
Oxunub: 446
2 may 2020 | 23:39
Vicdanı ağrıyacaq növbəti icra başçısı kimi olacaq? - İDDİA


"DTX -nın kamerasına saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin “vicdan əzabı çəkməsi”ni deməsi gündəmin 1 nömrəli qonusu olub. Acı da olsa, gerçəkdir, ölkənin 1-ci şəxsi xalqın 1 nömrəli xidmətçisi olduğunu vurğulayır, nümayəndələri isə xalqın 1 nömrəli qulduru kimi insanlara zülm verirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "İnsanların torpaq paylarını vəzifə səlahiyyətlərindən sui-istifadə edib ələ keçirmək doğrudan da vicdansızlıqdır! Amma bu vicdansızlığı DTX -nın kamerası qarşısında boynuna almaqla iş bitmir. Digər işdən çıxarılıb ələ keçirdikləri torpaqlarda soğan-sarımsaq, arpa -buğda əkməklə, mal-heyvan, balıq bəsləməklə günlərini keçirənlər, hazırda vicdansız əməllərlə məşğul olmaqda davam edənlər də ibrət götürməlidirlər. Yoxsa , icra başçısının quldur kürsüsündən DTX -nın kamerası qarşısına enib vicdansızlığın etirafı üçün növbəyə durmaq şansı yüksəkdir. Necə deyərlər, soruşma , hansı icra başçısı korrupsiya ittihamı ilə saxlanılıb, bil ki, özün saxlanmısan.

Sabunçu Rayon İcra Hakimiyyətinin 29 il qabaq 29 may 1991-ci ildə BŞİH-in Bağlar Təsərrüfatı Birliyindən Qarabağ əlilinin icarəsinə götürdüyü Nardarandakı bağ sahəsində özünə ev tikməsinə rüşvət istəyib əngəl törətməsindən, əlilin 5 min manatlıq mal-materiallarını məhv etməsindən baş və yanındakı korrupsiya prokuroru, Sabunçu rayon prokurorluğu və polisi tam bilgilidir. Hətta korrupsiya idarəsində və Sabunçu rayon prokurorluğunda əlilin izahatı alınsa da, heç bir qərar qəbul edilməyib, edilibsə də, şikayətçiyə verilməyib. Sözügedən olayın qısa tarixi belədir ki, vətəndaş 29 may 1991 tarixli müqavilə ilə icarəsinə üçotaqlı bağ evi götürsə də, gerçəkdə torpaq sahəsində ev olmayıb. Elə həmin il icarədar Qarabağ uğrunda savaşa gedib və bu yolda əlil olduğundan bağında ev tikə bilməyib. Ortalıq 10 il qabaq pensiyaçısı olduğu DİN -in yardımı ilə sahəni hasarlayıb, qapı qoyulmasına nail olan Qarabağ əlilinin 4 il qabaq ev tikmək istəyinə Sabunçu RİH başçısının “qara kassası” rolunu oynayan təsərrüfat müdiri İsa Həsənov (prezidentin keçmiş köməkçisi Əli Həsənovun qardaşı-red.) , müavin Güloğlan Məmmədov, “kommunxoz “ Həbib qohumlarından ibarət qoçu dəstəsi ilə bağda işləyən fəhlələri döyməklə, gətirilən betonu məhv etməklə imkan verməyib. İş o yerə çatıb ki, 1-ci dərəcəli Qarabağ əlili PA-nın qarşısında intihara cəhd edib və. ...prezidentin keçmiş köməkçisinin göstərişi ilə əlilin xəstəxanaya yerləşdirilməsinə belə qadağa qoyulub! (?) Yalnız DİN işə qarışandan sonra müharibə əlili 2 gün gec olsa da DİN qospitalında həyata qaytarılıb. Hələ də prokurorluq bu vandalizm aktına hüquqi qiymət verilməsini təmin etməyib . Özü də Həbib adlı kommunxoz bir müddət sonra başqa belə əməllərinə görə həbs edilib, məhkəmə qərarı ilə ittiham olunub və həbsdən də cəzasını tam çəkməmiş buraxılıb, amma Qarabağ əlilinin tərəf kimi işə cəlb edilməsi “yaddan çıxıb” . Sabunçu RİH-in başçısı Adil Vəliyev isə Nardaranda onlarla hektar torpaq sahəsini şəxsi mülkü kimi satmaqdan gözü doymur, Qarabağ əlilinin icarəsindəki torpaqdan da pay umur. Bu, ən azı, vicdansızlıq deyilmi? Gərək elə DTX məcbur etsin icra hakimiyyətini vicdansızlığını boynuna almağa?

Hələ ki, gec deyil, icra başçıları könüllü vicdan etirafı etsin. Elə nazirlik rəsmiləri də. Bir də gördün, DTX kamerasının qarşısında dilin topuq vura-vura nitq söyləyirsən".
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...