İcbari tibbi sığorta Ağsuda da özünü doğruldur
Bolge
Oxunub: 606
2 may 2020 | 15:16
 İcbari tibbi sığorta Ağsuda da özünü doğruldur


Əli Hüseynov Xeberci.info-ya bildirdi ki, “Xəstəxanaya müraciət edənlər xidmətdən məmnundurlar”

2020-ci il, yanvarın 1-dən respublikamızda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın yeni tətbiq olunduğu rayonlardan biri də Ağsudur.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının Baş həkiminin müavini, YAP-ın Ağsu rayonu üzrə sədri Əli Hüseynov bildirib ki, icbari tibbi sığorta sistemi əhalinin keyfiyyətli və rahat tibbi xidmətlə təmin olunmasına imkan verəcək. Bu xidmətdən rayonun 85 min nəfər sakini faydalanacaq.
Qeyd edək ki, yeni sistemə keçidlə əlaqədar xəstəxananın girişində məlumat şöbəsi yaradılıb. Vətəndaşlar xəstəxanaya daxil olarkən əlaqələndiricilər onları lazımi şöbəyə, həkimə yönəldirlər. Qeydiyyat bölməsində 8 kompüter fəaliyyət göstərir.
Hər bir vətəndaş ilkin olaraq xəstəxanada yaradılan ailə-sağlamlıq mərkəzinə müraciət edir, ilkin tibbi yardım alır. Ailə həkimləri müayinədən sonra lazım olduqda onları ayrı-ayrı ixtisaslı həkimlərə yönəldirlər.
Ağsu şəhər sakini olan 53 yaşlı Həsrət Şeydayev tibbi sığortanın tətbiqi və bununla əlaqədar xidmətdəki yeniliklərlə bağlı saytımıza bildirib: “Bu yeniliklər bizə yüksək tibbi xidmət almağa imkan verir. Xəstəxanaya girəndə məni qarşıladılar, qeydiyyatdan keçdim, həkim yanına apardılar. Mədəmdəki problemlə bağlı gəlmişdim. Müayinə edib digər ixtisaslı həkimə göndərdilər. Burada müalicə yazdılar. Hər addımda qayğı gördüm”.
Bico kənd sakini Şahid Salmanov danışır: “Qrip və qızdırma ilə bağlı rayon xəstəxanasına müraciət etdim. Xalatının üstündə “Məndən soruş” yazısı olan xəstəxana işçiləri qarşıladı məni. Problemimi söylədim. Qeydiyyata aldıqdan sonra müvafiq həkimə yönəltdilər. Dərdimi öyrənib, əlac etdilər. Sağ olsunlar ki, xəstələrə belə operativ yanaşırlar.”
Əli Hüseyinovun verdiyi məlumata görə, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu yanvar ayının 1-dən hər gün xəstəxanada orta hesabla 700-750 nəfər qeydiyyatdan keçib. Əli həkim onu da qeyd etdi ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasında hər gün səhər saat 09.00-dan saat 16.00-a qədər müraciətlər qəbul olunur və müayinələr pulsuz aparılır. Saat 16.00-dan sonra isə səhhətində problemi olan şəxslər Təcili tibbi yardım şöbəsi tərəfindən pulsuz qəbul və müayinə olunur.
Baş həkimin müavininin bildirdiyinə görə, 2020-ci ilin yanvar ayında xəstəxanaya 24 min 648 nəfər müraciət edib və tibbi xidmətdən yararlanıb. Belə ki, 4 nəfərin ürəyində stend əməliyyatı aparılıb, 4 nəfərə göz əməliyyatı xidməti göstərilib, 1 nəfərin üzərində keysəriyyə yolu ilə doğuş əməliyyatı keçirilib, icbari tibbi sığorta yolu ilə 1 nəfər endoprotez əməliyyatı keçirib, 1 uşaq isə anadangəlmə ürək qüsürüna görə tibbi xidmətdən yararlanıb.
Bir sözlə, Ağsu Rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi qayğıları qanunlar çərçivəsində qarşılanır.

Hazırladı Rüstəm Zahidoğlu
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO