Ağsu rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Bolge
Oxunub: 471
22 may 2020 | 13:50
Ağsu rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür


Xeberci.info xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət əhalinin ərzaqa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.

Respublikanın hər yerində olduğu kimi Ağsu rayonunda da kənd təsərrüfatının inkişafına geniş yer verilir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə aparılan işlər önə çəkilməklə bu istiqamətdə aidiyyəti qurumlara xüsusi tapşırıqlar verilib.

Cari il Ağsu rayonunda 750 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçıları tərəfindən “P-Aqro” MMC ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, fermerlər lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Rayonda pambıq əkininə kifayət qədər səpin aqreqatı cəlb olunmuş və səpin işləri qısa müddətdə başa çatdırılmışdır. Artıq pambıq sahələrində çıxış alınmışdır. Bol məhsul istehsalını qarşıya vəzifə kimi qoyan torpaq mülkiyyətçiləri becərmə işlərinə hazırlaşırlar.

Eyni zamanda baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Baramaçılığın inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı, dövlətimizin başçısının bu sahənin inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar cəmi bir aylıq zəhmət tələb edən bu gəlirli sahəyə Ağsu rayonunda da diqqəti artırıb. Cari ildə rayonda 100 kümçüyə 270 qutu ipəkqurdu paylanılıb. İstehsalçılardan yaş barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaqdır.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 196,5 min tut tingi əkilib ki, bu da yüksək məhsuldarlıq əldə edilməsinə və ipəkqurdunun sağlam bəslənilməsinə imkan verir. Artıq rayonda xeyli təcrübəli kümçü, kifayət qədər yem bazası vardır.

Ağsu rayonunda kənd təsərrüfatı sahəsində həyata keçirilən mühüm işlər belə deməyə əsas verir ki, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artmasına çox yaxşı təsir göstərəcək və cari ildə bu sahədə bütün göstəricilər üzrə böyük nailiyyətlər əldə olunacaqdır.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb