"İmkan verməyin ki, Arif Seyidov belə rahatlıqla getsin..." - Prezidentə müraciət olundu
Bolge
Oxunub: 474
23 may 2020 | 23:47
"İmkan verməyin ki, Arif Seyidov belə rahatlıqla getsin..." - Prezidentə müraciət olundu


"Cənab Prezident Sizə təşəkkür edirəm ki, Göygölün başçısını işdən azad etdiniz. Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Fəxri Fərmanla təltif edilmişəm. Ehtiyyatda olan baş leytenantam. AMVİB-nin Göygöl şöbəsinin üzvüyəm. Müəllim işləyirəm. Sizdən bir tək xahişim var.
Arif Seyidovu haqlı olaraq işdən azad etdiniz, var olun. Xahiş edirəm Baş Prokuror Kamran Əsədova tapşırıq verin, ki, Arif Seyidovun qanunsuz əməllərini araşdırsınlar". Bu sözlər Prezidentə ünvanlanan müraciətdəndir.

Daha sonra müraciət müəllifi bu gün işdən çıxarılan Göygölün icra başçısı olmuş Arif Seyidova xitabən bildirir: "Belə ki, belə rahatlıqla getmək yoxdur, sən həbs olunmalısan. Sən aşağıdakı malın-mülkün hesabını verməlisən. Və ən əsası mənə qarşı 2014-cü ildə etdiyim hərəkətin hesabını verməlisən. Hünərin də var vermə..."

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "14 ildir Göygölə ağalıq edən, icra başçısı Arif Akif oğlu Seyidov, həbs olunan Vilyam Hacıyevin yerlisi və ən yaxın dostu elə onun yanına, həbsxanaya getməlidir. Çünki otkatdan tutmuş, xalqa çatacaq kartlara qədər, örüş sahələrinin zəbti, hektarlarla torpaq işğalı filan, Göygöl əhalisinə qan udurub, xalqın cibinə girib. Onun mənə bəlli olan ailə varidatını sizinlə bölüşüm, siz də tədbir görün...

▪️Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil
▪️Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil
▪️Göygöl rayonu, Aşıqlı kəndində villa,
▪️Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi
▪️Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil
▪️Rayonun Hacıkənd və Mixaylovka kəndlərində növbəti mənzillər
▪️Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması
▪️Göygöl xəstəxanasının qarşısında olan aptek
▪️Göygöl, Topal Həsənli kəndində "Qala Dibi" restoranı
▪️Göygöl rayonunda Məkan çay evi,
▪️Göygöl rayonunda Elit çay evi,
▪️Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.
▪️Gəncə çayı hövzəsində üç iri gölü
▪️Qardaşına və özünə məxsus mal-qara fermaları
▪️Göygöldə olan Əminə marketin şərikliyi
▪️Köhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi.
▪️Göygöl şəhəri köhnə poliklinika binası
▪️Göygöl şəhəri köhnə uşaq bağçası
▪️Göygöl şəhəri köhnə evlər idarəsi
▪️Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010)
▪️25-BD-005 dövlət nişanlı Niva markalı maşın
▪️BMW markalı avtomobil
▪️Qardaşı Maarifin adına "Bulaq" Sahibkar Müəssisəsi MMC
▪️Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi
▪️Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri
▪️Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.
▪️Oğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var.

Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm, Arif Seyidovun belə rahatlıqla getməsinə imkan verməyin. Verməyin ki, digərlərinə görk olsun. Verməyin ki, korrupsiyaya qarşı apardığınız bu mübarizə uğurla yekunlaşsın".
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR