Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
Bolge
Oxunub: 375
28 may 2020 | 22:48
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM


Ağdaşda rayon təhsil şöbəsinin müdiri Əliyeva Hürü Molla qızı təmir adı ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması barədə redaksiyamıza ilginc məlumatlar daxil olub.

Məlumatlara görə, rayonun 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar tərbiyə müəssisəsinin fəaliyyət göstərdiyi, 2330 müəllimin çalışdığı rayonda təhsil sistemi gündən-günə iflasa uğrayır. Bu barədə məlumat verən mənbə bildirir ki, Ağdaşda təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir nömrəli səbəbkarı RTŞ-nin müdiri Əliyeva Hürü Molla qızıdir:

"Rayonun təhsil sistemi tamamilə korrupsiyalaşdığı üçün hansısa uğurlardan söhbət gedə bilməz. Ali məktəblərə qəbul zamanı gənclər nailiyyət qazana bilmirlər. Ümumiyyətlə isə Ağdaş Təhsil Şöbəsinin göstəriciləri digər rayonlarla nisbətdə çox aşağıdır. Demək olar ki, məktəblərdə normal dərs keçirilmir. Müəllimlər isə əkin-biçin, heyvan dalınca qaçır. Bəzi müəllimlər isə evlərdə usta olaraq çalışırlar.

Rayon məktəblərinin əksəriyətində çalışan müəllimlərin yarıdan çoxu işə çıxmır, buna görə də direktorlara öz maaşlarından "hörmət" edirlər. Məktəblərdə əsasən ibtidai sinif müəllimləri işə çıxırlar ki, onların da demək olar ki, hamısı qadınlardır. Hətta məktəblərdə elə müəllimlər də var ki, Rusiya da oluqları halda müxəlif fənnlərdən şagirdlərə "dərs" keçirlər.

Məlumatlı mənbənin bildirdiyinə görə Əliyeva Hürü Molla qızının əsas gəlir yerlərindən biri təmir adı ilə dövlət büdcəsindən alınan vəsaitləri mənimsəməkdir. Məsələn, mənbənin sözlərinə görə, 2018-2019-cu ilin dərs ilinə hazırlıqla əlaqədar məktəblərin əsaslı və cari təmiri üçün yerli büdcədən 35 min manatdan çox pul ayrılmışdı. Yoxlama aparılsa, ayrılan vəsaitin yarıdan çoxunun mənimsənildiyi üzə çıxar.

Bundan əlavə mənbə qeyd edir ki, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün rayonun yerli büdcəsindən ötən illər kifayət qədər vəsait ayrılsa da, elə ciddi işlər görülməyib. Belə ki, hər il dövlət büdcəsindən inventar və avadanlıq alınması üçün maliyyə yardımları olunur.

Əvvəlki tədris ilində də, məktəblərin inventar və avadanlığa olan təminatını ödəmək üçün yerli büdcədən 70 min manat vəsait ayrılıb. Guya bu məbləğlə rayonun ümumtəhsil məktəblərində 421 ədəd kompyuter alındı, 15 məktəb internetə qoşuldu. Əslində isə hər şey sənədlərdə var. Reallıqda isə belə şey yoxdur.

Mənbə onu da vurğuladı ki, təhsil şöbəsinin vəzifəli şəxsləri, başda şöbə müdiri olmaqla qanunsuz işlərə imza atırlar. Valideynlərin tələbi isə odur ki, uşaqları elmə-biliyə yiyələnsinlər. Direktor və müəllim heyəti şagirdlərin təhsili ilə maraqlanmır. Bu isə sonucda Ağdaşda savadsız nəslin yaranmasına yol açır.

Bundan başqa mənbə bildirir ki, rayondakı bəzi məktəblərdə "ölü can"lar var: "Bəzi müəllimlərin adı məktəblərdə getsə də, özləri işə çıxmır. Buna baxmayaraq, onlara hər ay əməkhaqqı verilir. Bir neçə müəllimin ali təhsili yoxdur, sadəcə peşə məktəbini bitiriblər. Bu faktları araşdırmaq lazımdır".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //icmal.az//
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi