Könüllülər dövlət başçısının çağırışlarına cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışırlar
Bolge
Oxunub: 271
19 may 2020 | 22:33
Könüllülər dövlət başçısının çağırışlarına cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışırlar


“Qısa müddət ərzində Azərbaycanda çox böyük,
çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi,
öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər,
bizim ümumi işimizə çox böyük töhfə verirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev



Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.

Hazırkı dövrdə Azərbaycanda da gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən də zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Lakin çox təəssüf ki, Azərbaycanda “Könüllülər ili” COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünyanı bürümüş COVİD-19 bəlası ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu bu dönəmdə könüllülərin də bu prosesdə aktiv iştirak etmələri zərurəti yarandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Beləliklə, könüllülər Azərbaycanda COVID-19-la mübarizənin ön cəbhəsində “vuruşmağa” başladılar.

27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi özündə “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatları birləşdirir. Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər. Buna “Böyüklərimizi qoruyaq!” və “Könüllü Qonşu” aksiyalarını misal çəkmək olar. Bunlarla yanaşı Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına da start verib.

Əsas vəzifəsi koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi olan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi fəaliyyətini bundan sonra da davam etdirəcək.

Ölkəmizdə mövcud olan könüllü təşkilatlarının sayını və zəngin təcrübəsini nəzərə alaraq, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin təşəbbüskarlığı, enerjisi və bacarıqlarının səfərbər edilməsi dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək. Könüllü gənclərimizin nümayiş etdirdikləri birlik və əzm buna olan inamı daha da artırır.

Könüllülük - xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir. Zəngin mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı da qədim zamanlardan bu ənənələrə sahib olub, bu dəyərləri nəsildən-nəslə ötürərək bugünümüzədək qoruyub saxlayıb. Azərbaycan könüllüləri bu gün ölkə başçısı cənab İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışır, eyni zamanda, bunu özləri üçün insanlıq borcu hesab edirlər.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ