Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni mənzillər təqdim edilib
Bolge
Oxunub: 247
19 may 2020 | 22:34
Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni mənzillər təqdim edilib


Gəncədə 2018-ci ilin noyabrın 20-sində partlayış nəticəsində yararsız hala düşən binanın sakinləri yeni mənzillərlə təmin olunublar. Bu gün mənzillərin açarları ev sahiblərinə təqdim edilib.

Mənzillərin açarları ev sahiblərinə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gəncə Şəhər İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov tərəfindən təqdim olunub. Təqdimetmə mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib ki, yeni yaşayış binası Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilib. Bununla əlaqədar olaraq dövlət başçısı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər daim ölkə rəhbərinin nəzarətində olub. Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev bildirib ki, inşa edilən 5 mərtəbəli yaşayış binası iki blokdan ibarət olmaqla, ümumi sahəsi 4 570 kvadratmetdir. Sakinlərə təhvil verilən mənzillər tam təmirlidirlər. Əraziyə işıq, qaz və su xətləri çəkilib, mənzillərdə kombi sistemi qurulub. Mənzillərinə qovuşan bina sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bina sakinlərindən Atakişiyev Elvin qeyd edib ki, daim dövlətin qayğısını öz üzərlərində hiss ediblər: “Hələ il yarım əvvəl eşidəndə ki, biz yeni mənzillərlə təmin olunacağıq, çox sevindik. Keçən bu müddət ərzində dövlətimiz bizi tək qoymadı. Kirayədə qalırdıq. Hər ay mənzil kirayəsini ödəmək üçün lazım olan vəsait hesabımıza köçürülürdü. Bu gün isə mənzillərimizin açarları bizə təqdim olundu. Bu bizi çox sevindirir. Dövlətimizə minnətdarıq”.

Burada yaşayan Abbasov Ceyhun bildirib ki, yeni inşa olunan binadan çox razıdırlar: “Məzillərimiz tam təmirlidir. Binanın yaxınlığında “xeyir-şər” mağarı inşa edilib, ətrafı abadlaşdırılıb. Burada çalışanlar çox əziyyət çəkiblər. Binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirik. Ölkə başçısı da sağ olsun ki, bu məsələni diqqətdə saxladı və mənzillərimiz bizə təhvil verildi”.

Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub.

Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib. Daha bir nəfər, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb. Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni bir yaşayış binasının inşa edilməsi qərarı verilib.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi