Qusar rayonun Aşağı Tahircal kənd əhalisinin sosial problemləri - İcra hakimiyyəti hara baxır? - Prezidentin nəzərinə
Bolge
Oxunub: 535
22 in 2020 | 16:08
Qusar rayonun Aşağı Tahircal kənd əhalisinin sosial problemləri - İcra hakimiyyəti hara baxır? - Prezidentin nəzərinə



Azərbaycan Respublikasının prezdenti
Hörmətli,
İlham Əliyev
cənablarına

Surəti: Azərbaycan Respublikasının 1- ci Vitse Prezdenti Əlaqə :070. 710 18 21
Hörmətli,
Mehriban xanım Əliyevaya

Qusar rayonu, Aşaği Tahircal kənd sakinləri və 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
M Ü R A C İ Ə T

Hörmətli cənab prezdent!
Hörmətli Mehriban xanım!

Qusar rayonun Aşağı Tahircal kənd camaatı, zəhmətkeş əhalisi, ziyalıları Sizin iqtisadi və xarici siyasətinizi hər an bəyənməklə, daima dəstəkləməyə hazırdır.Arzu edirik ki, Sizin rəhbərliyinizlə vətəndaşlarımız həmişə təhlükəsiz, sülh və əmin-amanlıq şəraitində yaşamağa davam edəcəkdir.
Ulu tanrı Sizi qorusun hörmətli prezdent və Hörmətli Mehriban xanım!

Qusar rayonun Aşağı Tahircan kəndi Samur çayın yaxınlığında olsa da, kənd əhalisi içməli və suvarma suyu ilə təmin olunmamışdır. Kənd əhalisi içməli suyu antisanitariya vəziyyətdə olan arxdan götürərək istifadə etmək məcburiyyətində qalmaqdadır.Ata-babalarımız Aşağı Tahircal kəndinə Yuxarı Zeyxur kəndi ərazisindən kənd camaatının içməli və suvarma suyu ilə təmin edilməsi məqsədilə, primitiv üsullarla balaca bir torpaq arx çəkməklə, kənd əhalisininin suya olan tələbatını qismən ödənilməsinə müvəffəq olmuşdu. Həmin vaxt kənddə 50-yə yaxın təsərrüfat mövcud olmuş, hal-hazırda isə kəndimizdə 400-ə yaxın fərdi təsərrüfat mövcuddur. Kənd əhalisinin artması əhalinin içməli və suvarma suyuna olan tələbatını bir daha artırmışdır.Kən camaatı dəfələrlə kənd bələdiyyəsinə, Qusar rayon icra hakimiyyətinə müraciət edilsə də, hal-hazıra qədər kənd camaatının müraciətlərinə müsbət cavab verilməmiş, kənd əhalisi içməli və suvarma suyu ilə təmin edilməmişdir. Samur kənd bələdiyyəsinin maliyyə cəhətdən çətinlik çəkdiyinə görə həmin arxın yenidən qurulmasına imkanı olmamışdır.

Aşağı tahircal kəndinə çəkilmiş 5000 metrəyə yaxın olan arxın yenidən ( dəmir- beton konstruksiyalı ) tikilməsinə ehtiyac var. Kənd camaatı həmin arxın yenidən tikilməsinə müəyyən şəxsi vəsait toplasa da, həmin arxın tam tikilib istifadə verilməsinə çətinlik çəkirlər.
Qusar rayonun Aşağı Tahircal kəndində demək olar ki, vəziyyət çox acınacaqlıdır.

Aşağı Tahircal kəndinin problemlərindən biri də, kənd yollarının bərbad və ibtidai məktəbin olmamasıdır.
Aşağı Tahircal və İgid oba kənd camaatı istidə, yağışda-palçıqda, qışın soyuq günlərində, azyaşlı uşaqlarını təxminən 4 km yolu piada qət edərək, Samur qəsəbəsindəki tam orta məktəbə gətirmək məcburiyyətindədirlər. Aşağı Tahircal və İgid oba kəndlərinə yaxın ərazı müəyyən edilməklə, kənd camaatı ilə razılaşdırılmaqla, həmin ərazidə modul tipli müasir ibtidai məktəbin tikintisinə böyük ehtiyac duyulur.

Qusar rayon seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyim irəli sürülməklə,namizədliyim qeydiyyata alınaraq, seçkilərdə iştirak etməyimə baxmayaraq, naməlum səbəblərdən Milli Məclisə deputat seçilməmişəm.

Seçkiqabağı Aşağı Tahircal kənd camaatı ilə seçicilərimlə görüşərkən , Milli Məclisə deputat seçilərəmsə, kənd əhalisinin yuxarıda qeyd etdiyim, camaatın ehtiyacı olan bir neçə sosial problemin həll edəcəyimə kişi kimi söz vermişdim. Deputat seçilməsəm də, kənd camaatının
içməli su ilə təminatı ( dəmir -beton konstruksiyalı arxın tikintisiü üçün ) ilə əlaqədar kənd əhalisinin köməyi ilə vəsait yığılmaqla həmin arxın müəyyən hissəsinin tikintisi ilə məşğul olacağıma qarşıma məqsəd qoymuşam. Arzu edirəm ki, Azərbaycan Respublikasının Hörmətli prezdenti İlham Əliyev cənabları və Hörmətli, Azərbaycan Respublikasının 1-ci Vitse Prezdenti Mehriban xanım Əliyeva Qusar rayonun Aşağı Tahircal kənd camaatının müraciətini araşdıraraq, aidiyyatı Dövlət organlarına sərəncam verərək, tez bir zamanda Azərbaycan Respublikaının Rusiya Federasiyası ilə həmsərhədd olan, Şimal qapısı sayılan ,Qusar rayonun Aşağı Tahircal kənd camaattının sosial problemlərini həll edərək Bizi sevindirəcəkdir.

Qusar rayonun Aşağı Tahircal kənd əhalisi adından Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...