Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? - FOTO, VİDEO
Bolge / Video
Oxunub: 621
30 in 2020 | 21:46
Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? - FOTO, VİDEO


Sədərək rayonunun icra başçısı Həbib İbrahimov 1988-1990-cı illərdə erməni hücumları zamanı Azərbaycan əsgərlərinin təbii istehkamına çevrilən ağacları kəsir.

Ovqat.com-a bu barədə məlumat rayon sakinləri tərəfindən verilib.

Məlumata görə, rayon mərkəzinin ətrafını çevrələyən ağaclıqdakı iri gövdəli ağacların hamısı kəsilir. İcra Hakimiyyəti həyata keçirdiyi “yaşıl soyqırımı” ağacların quruması ilə izah etsə də, əldə etdiyimiz video-görüntülər bu arqumenti dəstəkləmir. Videolardan aydın görünür ki, kəsilən ağaclar qurmayıb.

Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? - FOTO, VİDEO


Sakinlər icra başçısı Həbib İbrahimovun bu əməlinin əsl səbəbinə bir anlam verə bilmədiklərindən xeyli narahatdırlar. Xüsusilə ermənilərin Naxçıvan məsələsini tez-tez gündəmə gətirdiyi indiki dövrdə Muxtar Respublikanın ən fəal qalasının təbii istehkamının məhv edilməsi həqiqətən də narahatlıq doğurmaya bilməz. Sədərəklilər ümid edirlər ki, Muxtar Respublika rəhbərliyi və mərkəzi hakimiyyət Naxçıvanın əsas istehkam qalasında aparılan bu yaşıl soyqırımı dayandıracaq və icra başçısının əsl niyyətinin nə olduğunu obyektiv araşdıracaq.

Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? - FOTO, VİDEO


Xatırladaq ki, Sədərək Naxçıvan Muxtar Respublikasının dağ silsiləsiylə əhatə olunduğu təbii istehkamının bitdiyi nöqtədə yerləşir və zəif həlqə sayılır. Məhz bu səbəbdən də 1988-90-ci illərdə erməni hücumlarına məruz əsas məntəqəmiz də elə Sədərəkdi. Sədərəklilər erməni hücumları zamanı indi kəsilən gövdəli ağacların arxasına sığınıb döyüşürdülər. Bu ağacların altında çadır qurub gölgəsində yaşayıblar. Ağır günlərdə sığınacaqları, ən etibarlı evləri olub bu ağaclar.

Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? - FOTO, VİDEO


Sakinlərin dediklərinə görə, bəzilərinin 70-dən çox yaşı olan ağacları onların babaları, ataları əkiblər və Naxçıvanda enerji qıtlığı yaşandığı dövrlərdə ən şaxtalı qış günlərində belə, onları kəsib odun kimi yandırmayıblar. Çünki bu ağaclıq Sədərəyin sığına biləcəyi son ümid yerlərinə çevrilib. İndisə niyyəti bəlli olmayan bir icra başçısı onları heç bir əsaslı səbəb göstərmədən qırır.
Ovqat.com
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE