Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Bolge
Oxunub: 387
1 iy 2020 | 23:39
Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY


Bura Beyləqanın Əhmədli kəndidir. Füzulidən olan məcburi köçkün ailələri 1993-cü ildən bu kənddə, yolun kənarında, özlərinin tikdiyi şəraitsiz, 15-20 kvadratlıq palçıq evlərdə məskunlaşıblar. DİA.AZ bildirir ki, 58 yaşlı İradə Xudiyeva əslən Füzulinin Kürdlər kəndindəndir. Deyir, kəndlərində vaxtı ilə şəraitləri çox yaxşı olub. Həmişə də mal-heyvan, fermer təsərrüfatları olub və heç kimə möhtac olmadan yaşayıblar. İndi də təsərrüfatları var, özlərini dolandırırlar. Ancaq ev almağa və ya tikməyə imkanları yoxdur:

“Bunlar böyük işlərdir. Bu gün normal bir ev tikmək azı 50-60 minə başa gəlir. O qədər pulu hardan alaq? Belə gündəlik ehtiyaclarımızı ödəyirik, şükür. Heç kimə möhtac deyilik. Ancaq qaçqın düşmək də bizim öz seçimimiz olmayıb. Odur ki, dövlət bizi evlə təmin etsin. Elə evlə ki, təsərrüfatımız üçün də bir az torpağı olsun. Heç kimə möhtac olmadan ömür-gün sürməyə davam edək. Başqa heç nə istəmirəm”, – İradə Xudiyeva əlavə edir.

36 yaşlı Aytən Azadova da burada yaşayır. 2 azyaşlı övladı ilə birgə. Deyir, çölün düzüdür, şəraitsizlikdir, burada yaşamaq çətindir: “Köhnə zavod qalıqlarıdır, uşaqlar bütün günü içində oynayırlar. Toz-torpaq, keçmişdən qalan zavod, anbar, nə bilim dəmir qalıntıların içində hamısı allergiya tapıblar. Evə salmaq da olmur. Uşaqdır, çölə çıxmaq istəyir. Nə edək, park yox, muzey yox, əyləncə mərkəzi yox. Bir o zavodun qalıqlarıdır, gedib orda oynayırlar, qabağın almaq olmur”.

İradə Xudiyevanın 4 övladı var. Deyir, hamısı ailə qurub. Elə hər ailə quran övladı üçün də kiçik bir ev tikib: “Ev demə, dilin ağrıyar. Görürsən də təzəkdən palçıqdan, samandan hazırladığımız kərpiclərlə tikmişik, içini sıvamışıq olub ev. Bunları da öz hesabımıza etmişik ha. Hökumətin heç bir köməyi olmayıb. Bu ərazidə nə az, nə çox, düz 6 ailə yaşayırıq. Mən 6 nəvə böyütmüşəm bu xarabada”.

Sakinlər deyirlər ki, əvvəllər bu ərazidə məskunlaşma daha çox olub. Sonradan bəzilərinə ev verilib, bəziləri isə şəxsi vəsaiti hesabına ev alıb, köçüb. Burada yaşayan 6 ailənin də illərdir müraciət etmədikləri ünvan qalmayıb. Bugünədək onların köçürülməsi üçün bir addım belə atılmayıb: “Dəfələrlə söz veriblər, “bilirik, çətindir, ərazi təhlükəlidir, evləriniz şəraitsizdir”, deyiblər. Ancaq faydasızdır. Elə o cür də qalıb. Burda yaşayan 40-dan artıq ailə olub vaxtilə. Elə onlar da bu gün-sabah vədindən bezib getdilər. Sonradan bəzilərinə ev verildi, bəziləri isə kirayədə yaşayırlar”,- deyir İradə Xudiyeva. Əlavə edir ki, onlar bunu edə bilmirlər, çünki imkanları yoxdur. Həm də mal-heyvanları var, onlara uyğun ev kirayələməyə imkanları çatmaz.

“Baxın, ətrafda zavoddan qalan binaları əlimizin zəhməti ilə təmir edib, tövlə kimi istifadə edirik. Getsək, hardan alacağıq heyvan saxlamağa şəraiti? Heyvanları satsaq da, nə ilə dolanacağıq? Baxın, belə çıxılmaz durumdayıq”.

Aytən Azadova da heyvan saxlamaqla dolanır. Deyir, şor, pendir, toyuq-cücə, yumurta, süd satmaqla keçindirir övladlarını. Onlar olmasa, yaşaya bilməz: “Odur ki, verilən evin də gərək heyvan saxlamaq üçün şəraiti olsun. Bunu yuxarılar bilməlidir. Çünki evlə iş bitmir axı. Dolanışığı da düşünmək lazımdır. Mən onlardan əlavə heç nə istəmirəm. Təsərrüfatımı və uşaqlarımı köçürə biləcəyim bir ev istəyirəm”.

Aytən Azadova əlavə edir ki, buradakı şəraitləri çox acınacaqlıdır. Yolun qırağı, toz-torpaq, daş-kəsək, evlər palçıqdandır, qışda damır: “Qış aylarında həyətimizi palçıqdan keçmək olmur. Normal istiliyimiz yox, suyumuz yox. Baxın, vəziyyət budur”.

Beyləqan Rayon İcra Hakimiyyətindən Əhmədli kəndində, yolun kənarında yaşayan insanların durumundan xəbərdar olduqlarını söyləyiblər. Ancaq onları köçürmək səlahiyyətinin icra hakimiyyətində olmadığını bildiriblər: “İşə “Qaçqınkom” baxır, məcburi köçkünləri onlar evlə təmin edirlər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən isə bildirilib ki, şəraitsiz yerlərdə, zavod ərazilərində, məktəblərdə, uşaq bağçalarında və s. məskunlaşan insanların hamısının siyahısı var onlarda. Sadəcə hamını bir dəfəyə köçürmək mümkün deyil: “Yaxınlıqdakı ərazilərdə gərək tikinti ola ki, insanlar evlə təmin edilsin. Bu proses mərhələli şəkildə həyata keçirilir. Zamanla hamı evlə təmin ediləcək. Sadəcə bir az səbr etmək lazımdır”.

“Bura elə bir yerdir ki, suyu da pulla alırıq. Qənaətlə çimməkdən, əl yumaqdan, yaşamaqdan bezmişəm. Bundan sonra nə vaxt normal bir evdə yaşayacağam? Deyirəm, bizi köçürsünlər. Normal, mərifətli şəkildə qapımızda bir-iki mal-heyvan saxlayarıq, amma yaxşı yaşayarıq”.Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEYBeyləqanda qaçqınları eşidən yoxdur... - GİLEYBeyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR