Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Bolge
Oxunub: 393
2 iy 2020 | 19:22
Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY


Saatlının Azadkənd kəndinin sakinləri deyir ki, dolanışıqları kənd təsərrüfatından - əkinçilik və maldarlıqdan çıxır. Amma son illərdə artıq bununla da məşğul ola bilmirlər. Çünki kənddə həm su tapılmır, həm də örüş yerləri imkanlı, vəzifəli adamlara satılıb. Yaranmış durumla əlaqədar müxtəlif dövlət orqanlarından kömək istəsələr də, hələlik nəticə yoxdur.

DİA.AZ bildirir ki, bu barədə danışan Azadkənd sakini Abbas Hacıyev deyir ki, son günlərin ən böyük problemlərindən olan susuzluq kənd camaatına böyük əziyyət verir. Onun sözlərinə görə, cəmi iki gündür arxa su gəlib. Bu da yalnız motorlarla sahələrə vurmağa yarayır: “Əkini ancaq belə suvarmaq mümkündür. Deyilənə görə, yeni şumlanmış sahələr üzündən qıtlıq yaranıb. Hacı İbrahim Nehrəmlinin, bizim icra başçısının müavini İlham Quliyevin əkin sahələri olduğu deyilir. Suyun qarşısını kəsib ora yönləndirirlər. Camaata elə su verirlər ki, heç heyvanlar da içmək istəmir. Təsəvvür edin, o suyu biz içməliyik...”

40 yaşlı kənd sakini danışır ki, o, gözünü açandan burada normal qaydada kranı açanda su gəldiyini görməyib. Bu illər ərzində Azadkənddə normal su sistemi olmayıb. İndi durum lap ağırlaşıb. Sakinlər bir neçə gün heç olmasa, keyfiyyətsiz suyu tapsalar da, sonradan həftələrlə susuz qaldıqları olur: “Bu kənddə heç vaxt kranı açıb su içməmişik. Belə bir şey görməmişik. İndi hərə həyətdə bir hovuz tikib. Su gələndə oranı doldurmağa çalışırlar. Çünki camaat bilir ki, indi su var, sonra 20 gün, bir ay olmayacaq”.

Abbas Hacıyev deyir ki, örüş yerlərinin satılması problemi kənddə çoxdan var. Bələdiyyə strukturu olandan camaat belə problemlə üzləşir. Son illər vəziyyət bir az da pisləşib. Abbas Hacıyev kənd bələdiyyəsinin 500 hektardan çox ərazini öz adamlarına satdığını iddia edir.

“Bizim heyvanlarımızı otarmağa yerimiz yoxdu. Kənddə hamıya pay torpaqlar verilib. Bəzi adamlar həmin əkin sahələrini satıb, bələdiyyədən daha ucuz qiymətə örüş yerlərini alır. Heyvanlarımız qırılır acından. Dəfələrlə müxtəlif yerlərə müraciət eləmişik. Əsas istəyimiz odu ki, heyvanların örüş yeri qayıtsın. Şəhərdən kəndə qovurlar ki, gedin, heyvan saxlayın. Kənddə heyvanlarımız acından qırılır. Neyləyək, heyvanları satıb şəhərə qayıdaq? Bizim əsas dolanışığımız heyvandarlıqdandı axı”, - kənd sakini deyir.

Örüş yeri problemi ilə üzləşənlər müxtəlif dövlət orqanlarına şikayət edib. Məsələn, Ədliyyə Nazirliyinə məktub məhz karantin dövründə göndərilib. Nazirlik də araşdırmaq məqsədilə bələdiyyəyə məktub ünvanlayıb: “Bələdiyyədən nazirliyə cavab məktubunda yazıblar ki, o sahələr örüş yerləridir, sadəcə, dəfələrlə xəbərdarlığa baxmayaraq, bəzi vətəndaşlar oraları zəbt edib. Bizim məktubumuza isə bələdiyyənin başçısı Fuad müəllim ümumiyyətlə, cavab da vermir. İcra başçısına göndərilən məktuba da cavab almamışıq. Təkcə Ədliyyə Nazirliyi və prokurorluq reaksiya verib. Respublika Prokurorluğunun cavabında yazılmışdı ki, iş gedir, araşdırılır, sizə məlumat veriləcək. Ayın sonunda araşdırma bitməliydi...”Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEYSaatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ