Niyazi Bayramov polisləri təbrik edib
Bolge
Oxunub: 306
2 iy 2020 | 12:50
Niyazi Bayramov polisləri təbrik edib


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “2 İyul-Polis Günü” münasibətilə polis işçilərini təbrik edib. Təbrikdə deyilir:

"2 iyul Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Bu gün özündə tarixi əhəmiyyət kəsb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış müfaviq Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin nəticəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.

Son aylarda dünyada geniş yayılmış COVİD-19 pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Polis bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.

Azərbaycan polisinin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Bu peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir.

Hər birinizi peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə bu yolda məsuliyyət, dözüm və səbir arzulayıram”.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...